22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib

Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib.

Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində aparıcı rolu getdikcə artır. Ölkə Prezidenti cənab İlham Əliyevin dekabrın 17-də Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfəri də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradacaq sənədin imzalanması ilə əlamətdar olub. Həmin gün Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilib.
Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yanaşı Rumıniya Prezidenti Klaus Yohannis, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban iştirak ediblər. Plenar iclasda mühüm məsələlər, o cümlədən növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xəttin çəkilişi, dəniz nəqliyyatı əlaqələrinin Rumıniyanın Konstantada limanından Gürcüstan istiqamətində genişlənməsi müzakirə olunub. Qeyd edilib ki, bu səylər Mərkəzi və Cənub-şərqi Avropa ölkələrinin Azərbaycanla və daha sonra Mərkəzi Asiya ilə bağlılığını artıracaq. Göründüyü kimi, Azərbaycanın Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri üzərində tutduğu önəmli coğrafi mövqeyi ölkəmizin beynəlxalq siyasi mövqelərinin möhkəmlənməsinə xidmət edir.”

Buxarestdə imzalanmış Sazişin yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addım olduğunu vurğulayan deputat bildirib ki, Avropa ölkələrinin Azərbaycana olan etimadlarının getdikcə artması Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasətin daha bir nəticəsidir: “Buxarestdə keçirilən plenar iclasda çıxış edən möhtərəm dövlət başçımız qeyd etdi ki, Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmış və artıq həmin sənədin icrasına başlanmışdır. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdir. Cari ildə isə bu göstərici 11,3 milyard kubmetr olub. Artıq növbəti ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr, o cümlədən Avropaya ixracım həcmi ən azı 11,6 milyard kubmetr olacaq. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var. Lakin Azərbaycanın enerji potensialı təkcə zəngin karbohidrogen yataqlarının mövcudluğu ilə məhdudlaşmır. Bu gün ölkəmiz həm də Avropanın mühüm elektrik enerjisi, həmçinin yaşıl enerji təchizatçısına çevrilməyi hədəfləyir. Bunun üçün Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı vardır. Təqdim olunan məlumatlara görə quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bu istiqamətdə strateji investorlarla danışıqlar aparılıq və artıq ilkin sənədlər də imzalanıb. Öz çıxışında cənab Prezident İlham Əliyev açıqlama verərək bildirdi ki, Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq, o cümlədən birinci mərhələdə ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaratmağı planlaşdırır.”

Samir Talıbov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın