21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Səyyar qəbul otağı” bu dəfə Balakən rayonunun sahibkarları üçün təşkil olundu

“Səyyar qəbul otağı” bu dəfə Balakən rayonunun sahibkarları üçün təşkil olundu

SOCAR “Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafını hər zaman dəstəkləyir. Bu məqsədlə “Açıq mikrofon” aksiyası Balakən rayonunda keçirilib.
Qanunla.Az xəbər verir ki, tədbiri giriş sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra mikrofon önünə keçən KOBİA-nın nümayəndəsi də sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. Daha sonra sahibkarlar qaz təchizatında üzləşdikləri problemləri səsləndiriblər. Rayonda fəaliyyət göstərən kərpic zavodunun nümayəndəsi yaranmış debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsini xahiş edib. Digər bir sahibkarın müraciəti isə obyektin arxasından keçən qaz xəttinə görə mühafizə zolağının pozulmadığı barədə sənədin verilməsindən ibarət olub. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

image-e9c6a431-4b97-4e7f-8805-359df8268141image-8b172988-a3da-4734-9ae2-76feb48aa903image-bb56815e-4180-4a2f-bdd2-c121d80e9cf5

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın