1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir
1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir
Azərbaycan 50 il əvvəl 24-cü Astronavtika Konqresinə uğurla ev sahibliyi etdi Milli kosmik sənayenin yaranması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dönəmində hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu Öndər hələ ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqil Azərbaycan dövləti üçün mühüm elmi və maddi-texniki bazanın yaradılmasına başladı. Sovet cəmiyyətinin və kommunist ideologiyasının ən sərt dövrü olan həmin illərdə belə addımların atılması o qədər asan olmasa da, Ümummilli Lider Heydər Əliyev bunu məharətlə bacara bilmişdi. Ölkəmizdə ən müasir sənaye müəssisələrinin tikilməsinə, ali hərbi məktəbin açılmasına, iqtisadiyyatın hərtərəfli inkişafına yönəlmiş tədbirlərin görülməsinə, eləcə də Azərbaycanda beynəlxalq aləmdə tanınmasına nail ola bilmişdi. Məhz Ulu Öndərin bütün dünya üçün yeni olan kosmos elminin görkəmli simalarının iştirakı ilə yarım əsr əvvəl 1973-cü ilin oktyabrında ilk dəfə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresini keçirməsi bunu əyani şəkildə sübut edir.
“Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu. Konqresə hazırlıq mərhələsi və təşkilati işlər daim Ümummilli Liderin diqqətində olub. Konqresin yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradılmışdı. 24-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik tarixində silinməz izlər qoydu. Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin uğurla başa çatması respublikamızın bu sahədəki potensialına inamı xeyli artırdı. Məhz həmin inamdan irəli gələrək Ulu Öndər Heydər Əliyev 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi – “KASPİ” Elmi Mərkəzinin yaradılması haqqında tarixi qərar verdi. Sözügedən elmi mərkəzin bazasında 1981-ci ildə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi yaradıldı. 1992-ci ildə isə KTEİB-in bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradıldı.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
Əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir
Ölkəmiz tarixən kainatın və səma cisimlərinin Yerin təbiətinə və insan həyatına təsirini öyrənən elmi-fəlsəfi cərəyanların mərkəzində olub, Şərq elmi məktəbinin Nəsrəddin Tusi kimi dahi nümayəndələrini yetişdirib, bu sahədə elmi kitabxana və rəsədxanaların qurulmasına, fəaliyyətinə şahidlik edib. Kosmik sahənin insanları hələ o zaman 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqreslərində kosmosun elmi və ümumbəşəri əhəmiyyəti barədə çağırışlar edirdilər. Məhz Ulu Öndərin bütün dünya üçün yeni olan kosmos elminin görkəmli simalarının iştirakı ilə yarım əsr əvvəl 1973-cü ilin oktyabrında ilk dəfə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresini keçirməsi bunu əyani şəkildə sübut edir.
Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Yarım əsr sonra 74-cü Beynəlxalq Astronavtika Konqresi 2023-cü il oktyabrın 2-6-da Bakıda keçirildi. Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılıb, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılıb, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc
Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub.
Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edir. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Həmin seçkilərdə Azərbaycan paytaxtı bu mötəbər tədbirə ev sahibliyi üçün namizədliyini irəli sürmüş Rio-de-Janeyro, Nyu-Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib.
Azərbaycan dövləti bu mötəbər beynəlxalq tədbirin ölkəmizdə ikinci dəfə təşkilinə böyük önəm verir və bu Konqresə ciddi hazırlaşıb. Prezident cənab İlham Əliyevin 2022-ci il 7 fevral tarixli Sərəncamı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Sərəncamında kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığı vurğulanır. Eyni zamanda, Sərəncamda bildirilir ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri
Nüfuzlu beynəlxalq tədbir
74-cü Beynəlxalq Astronavtika Konqresinin proqramı olduqca məhsuldar oldu. Konqresin rəsmi açılış mərasimindən sonra tədbir çərçivəsində nazirlərin və parlament üzvlərinin beynəlxalq görüşü, BMT və IAF-in birgə seminarı, Beynəlxalq Astronavtika Akademiyasının tədbirləri, Kosmik Nəsil Məşvərət Şurasının Konqresi, Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun və digər tədbirlər təşkil olunmuşdur. Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi müvəffəqiyyətlə həyata keçirilib. 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilən tədbirdə iştirak üçün 100-dən çox ölkədən 5000-ə yaxın nümayəndəsi qeydiyyatdan keçərək iştirak edib. Tədbirdə kosmos və kibertəhlükəsizlik, iqlim dəyişikliyi və kosmosun dayanıqlığı, gender bərabərliyi, kosmik sahədə əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin Azərbaycan üçün faydaları. Konqresin ölkəmiz üçün bir çox faydaları da olacaq. Belə ki, bu beynəlxalq tədbir ölkəmizdə kosmik sahədə innovasiyaya, tədqiqatlara və inkişafa töhfə verəcək. Həmçinin Azərbaycan gənclərinin kosmos və yüksək texnologiyalara marağının artırılması və yeni texnoloji inkişaf dövrünə hazırlığını təşviq edəcək. Ölkəmizin qlobal müstəvidə artan nüfuzuna dəstək, kosmos diplomatiyası və irihəcmli beynəlxalq kosmik layihələrdə iştirak imkanları yaranacaq. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal oldu.
İşğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının möhtəşəm qəhrəmanlıq salnaməsidir. İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsi olmuşdur. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti, beynalxalq hüququ bərpa etdi. Bu gün əminliklə demək olar ki, ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə ölkəmizin daha da güclənəcəyi heç bir şübhə doğurmur. Azərbaycan uzun illər ərzində Ermənistanın ədalətsiz mövqeyinin dəyişməsi, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün səylər göstərsə də, real nəticə görünmədi, düşmən işğalçılıq yolundan dönmədi. Ancaq Azərbaycan isə haqq-ədalət yolunda inamla irəlilədi. Beynəlxalq güclərin respublikamıza qarşı ikili standartlarından heç də ruhdan düşmədi, Ermənistanın işğal siyasətini, təxribatlarını ifşa etməkdən çəkinmədi, beynəlxalq birliyi qəsbkarın faşist mahiyyəti barədə vaxtaşırı məlumatlandırdı. Çünki bu Azərbaycanın haqq mübarizəsi idi və heç vaxt bu mübarizədən geri dönmədi. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev özü də xüsusi vurğulamışdır ki, biz Beynalxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz bərpa etmişik, BMT Nizamnaməsini əldə rəhbər tutmuşuq. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Nəticə olaraq, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik.
Ermənistan 30 il işğalı altında Azərbaycan torpağını saxlamaqla bərabər , sülh prosesini məqsədyönlü şəkildə pozurdu. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident cənab İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə dünyaya sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Güc amili beynəlxalq münasibətlərdə ön sıraya çıxır. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn normaları çərçivəsində istifadə etdi. Bu işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi. Həmçinin 2023-cü ilin sentyabrın 20-də 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı ilə ölkəmizin suverenliyi təmin edildi. Bir sözlə, ölkəmiz öz gücünə beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasına nail oldu.
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru