Şagirdlər üçün aktyorluq kursları təşkil edilir
Bakı şəhəri Yasamal rayonu 52 №-li tam orta məktəbi Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə “Təhsildə yaradıcı mühitin formalaşması” layihəsinin icrasına başlayıb.
Feso.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibidir.
Layihənin məqsədi tədris prosesində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcı mühiti inkişaf etdirməkdir.
Layihənin vəzifəsi məktəbin 9-16 yaşlı 30 şagirdi üçün aktyorluq kurslarını əlçatan etməkdir. Kurslar vasitəsilə şagirdlərin ədəbi-bədii yaradıcılığı, ictimai nitq bacarıqlarını inkişaf etdirələcək, onların yaradıcı bacarıqlarının üzə çıxmasına dəstək göstəriləcək.
Aktyorluq kurslarının sonunda şagirdlər Kəmalə Ağayevanın “Göyçək Fatma”, Əbdürrəhim bəy Haqverdiyevin “Vaveyla” əsərlərini səhnələşdirəcəklər.
Layihə 6 ay boyunca davam edəcək.