21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qardaşlıq münasibətlərin rəmzi

Qardaşlıq münasibətlərin rəmzi

Qardaşlıq münasibətlərin rəmzi

2020-ci il dekabrın 10-da Zəfər paradı keçirilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür.

Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Birlik mesajı

Üç il bundan öncə, 2020-ci il dekabrın 10-da  Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj idi. Azərbaycan tək deyil. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.  Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev o möhtəşəm gündə deyirdi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir” fikrinin arxasında daha mühüm və gələcəyə hesablanmış hərbi-diplomatik siyasət dayanır: “Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır. Bu yerdə əlavə sözə ehtityac varmı?”. Paradda Bir millət, iki dövlət olaraq Türkiyə-Azərbaycan birliyi də nümayiş olundu. Bu gün, sözün əsl mənasında, tarixi bir gün-Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günü kimi tarixə yazıldı. Paradda vətən mübarizəmizdə şəhid olan azərbaycanlıların sayı qədər – 2783 türk əsgəri iştirak etdi.  Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi. Həm sevincli, həm də kədərli günlərində eyni sevinci, eyni kədəri keçirən Azərbaycan və Türkiyə o gün də bir yerdə, bir amalda, bir sevincin içərisində idi.  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qələbə Zəfərli Paradında da iştirak edir, azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edirdi.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Xalqı birləşdirən Zəfər

Azərbaycan Xalqı dəmir yumruq kimi birləşməsi, yekdil mübarizəsi 44 günlük Vətən müharibəsində qələbənin siyasi dayağı idi. 30 il səbrlə dözən xalqın hər fərdi buna ruhən hazır idi. Hələ müharibənin başlanmasından əvvəl Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalaması bu müharibədə qələbə çalacağımıza inam yaratmışdı.  Bu onu göstərirdi ki, bütün fikir ayrılıqlarına baxmayaraq Vətən mövzusunda, azadlıq məsələsində xalq olaraq hər kəs öz Liderinin yanındadır, Ordu ilə nəfəs-nəfəsədir, mübarizə üçün ayaqdadır. 30 il ərizndə aparılan iqtisadi siysətin nəticəsi olan iqtisadi inkişaf, ordu quruculuğu, xalqın mənəvi birliyini təmin edən ideoloji iş bəhrəsini verdi və biz dünyanı heyrətə salan qələbəni əldə edə bildik. Bu onun göstəricisi idi ki, Ulu Öndər Heydər Əliyevin illər öncə əsasını qoyduğu müstəqilliyimizin sükanı əmin əllərdədir, onu Müzəffər ali Baş Komandan İlham Əliyev kimi siyasətçi, diplomat qələbələrə aparır və aparacaqdır!

Şanlı tariximizəin qızıl səhifəsi olan 44 gündə Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi. Bu tarixi qələbə ilə erməni mifi də məhv edilmiş oldu. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında guya Ermənistan ordusu yenilməz ordudur mifi yaratmaqla eyforiyadan məst olmuşdular. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan xalqı nəyə qadir olduğunu, səbrin də son həddi olduğunu bütün dünyaya göstərdi. Beləliklə dekabrın 10-da bu qələbə sevincimizi Qələbə Paradını keçirməklə qeyd etdik. İşğal olunan torpaqlarda dalğalanan Qələbə bayrağımız da parada gətirilməklə qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdik. Xalq olaraq ayağa qalxanda, öz rəhbərimizin, Liderimizin ətrafında birləşərək hayqıranda qarşımızda kimsənin dayana bilməyəcəyini sübut elədik.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Unudulmaz tarix

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında 44 günün hər günü şanlı tarixə çevrilən Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı tarixə, qəhrəmanlıq salnaməmizə əbədi həkk edildi. Artıq hər il  Azərbaycanın milli-azadlıq hərəkatının başladığı Azadlıq meydanı ölkəmizin hərbi qüdrətinə, dövlətimizin ordu quruculuğunun NATO standartları səviyyəsində inkişafına şahidlik edəcək. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi olan Zəfər Paradı ordumuzun, dövlətimizin gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulması sevincinin, xalqın çoxdankı arzusunun yerinə yetməsinin, ölkəmizin bütövləşməsinin dünyaya təcəssümü oldu. “…Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi – Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq…”. Haqq, ədalət savaşından qalib çıxan ölkəmizin Prezidenti İlham Əliyevin bir il əvvəl Zəfər paradının tribunasından səsləndirdiyi bu sözlər Azərbaycan xalqının səbrinin, qəhrəmanlığının daha bir təsdiqi idi.

Bütün dünya döyüşlər gedən 44 günün hər anın, şanlı tarixin, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu işğala son qoydu, ədalət zəfər çaldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu parad həm də işğalçı Ermənistanın məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibədə həlak olan şəhidlərin, itkin düşən hərbi qulluqçunun, qazilərin, habelə bir əsrdən çox davam edən erməni vandalizminin qurbanlarının yad edilməsinin, Onların qisasının yerdə qalmadığının nümayişidir. 44 günlük Vətən müharibəsində döyüş meydanı ilə yanaşı, siyasi arenada da qələbələr qazanan 30 ilə yaxın müddət ərzində Zəfər gününü gözləyən Azərbaycan xalqı Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdi ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bütün dünyanın şahidi olduğu Azərbaycanın şanlı qələbəsi əslində ədalətin, milli ləyaqətin, qürurun təntənəsi idi.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Qələbini Azərbaycan xalqına hər il daha yaxın edən amillər

2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu türk və İslam dünyası üçün böyük əhəmiyyətə malik olan Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Bununla da Qarabağın və Şərqi Zəngəzurun işğalına birdəfəlik son qoyuldu. Şuşa azad olunandan iki gün sonra, noyabr ayının 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxındır işğal altında saxlanılan ölkənin 20 faiz ərazisi Xalq-Ordu-Prezident birliyi nəticəsində azad olundu. Bu gün Azərbaycan bayrağı təkcə Şuşada, Ağdamda, Laçında deyil, Xankəndidə, Xocalıda – bütün Azərbaycanda dalğalanır. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. 2003-cü ildən Azərbaycana rəhbərlik edən Cənab İlham Əliyev müharibəyə uzun illərdir ki, hazırlaşırdı, amma hazırlıq prosesləri bir sıra hallarda gizlin saxlanılırdı. Vətən müharibəsi başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə hazırlıq dövrü kimi qiymətləndirilə bilər. Həmin illər ərzində Prezident İlham Əliyev səbr və əzmkarlıqla, müdrikcəsinə qələbəni təmin edəcək siyasi şəraitin yetişməsini gözlədi. Hətta ölkə ictimaiyyəti müharibə dövründə bır sıra sürprizlərin, təsəvvür olunduğundan daha güclü bir ordunun, daha müasir silahların şahidi oldu. Bu, düşmən üçün daha gözlənilməz idi. Şok içərisində olan ermənilər döyüşün ilk günlərində aldıqları sarsıdıcı zərbələr nəticəsində məhv edildi, sağ qalanlar isə döyüş mövqelərini qoyub qaçdılar. Onlar sıldırım dağların əhatəsində yerləşən, alınmaz qala şəhəri hesab edilən Şuşanı belə qoruya bilmədilər. Mədəniyyət beşiyi olan Şuşa Azərbaycan üçün olduqca simvolik məna kəsb edir.

Həm 44 günlük Vətən Müharibəsi, həm də 2023-cü ilin sentyabrında 24 saatlıq antiterror tədbirlərindən sonra Azərbaycan Ordusunun dünya üzrə reytinqi xeyli yüksələrək ön sıralarda yer aldı. Eyni zamanda Vətən Müharibəsi Xalq-Ordu birliyinin necə olduğununu bütün dünyaya nümayiş etdirdi. Xalq öz övladlarını müharibəyə böyük həvəslə yola salır, ön cəbhəyə hər cür yardım göstərirdi. Ölkə rəhbərliyinin siyasi iradəsi, uzaqgörənliyi, peşəkar ordu quruculuğu və xalqın vahid yumruq kimi birləşməsi tarixi Zəfər gününü reallaşdırdı. Bu gün Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da güclənir, ən müasir silahlarla təchiz edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə yeni salınan hərbi hissələr, formalaşdırılan komando birliklər, xüsusi təyinatlı dəstələr hər zaman baş qaldıra biləcək təhdidlərə, təhlükələrə qarşı tam hazır vəziyyətdədirlər.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın