21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dayanıqlı inkişafının bünövrəsini qoymuş illər

Dayanıqlı inkişafının bünövrəsini qoymuş illər

Dayanıqlı inkişafının bünövrəsini qoymuş illər.

1993-cü ildə Azərbaycan dövlətini iflas və parçalanmaq təhlükəsindən xilas edən Heydər  Əliyev  10  il  sonra  bizə  möhkəm  özüllü,  istiqrarlı,  sabit  inkişafı  təmin  edilmiş  bir dövlət qoyub getdi.
Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini bütün mənalarda ikiyə böldü. Arxada total psixoz, dərəbəylik “hakimiyyəti” və siyasi hikkələrin girovuna çevrilmiş Azərbaycan dövlətçiliyinin qaranlıq perspektivi, irəlidə isə sabitlik, inam, arxayınçılıq və Azərbaycan dövlətçiliyinin qurtuluşu vardı.
Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, qanunçuluq və ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi.
“Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” – Heydər Əliyev hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu sözlərə sadiq qaldı.
Heydər Əliyevin həyatdan gedişi bizim üçün nə qədər ağır olsa da, özümüzü bir tarixi gerçəklə ovundura bilərik: Bu, Heydər Əliyevin qurduğu və bizlərə etibar etdiyi Azərbaycan dövlətidir. Bu dövlət hər ili başa vurduqca, onun hər uğurunun üzərinə yenisi əlavə olunduqca Heydər Əliyevin ruhu şad olacaq.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi bu illəri təftiş etməyə çalışanlar çox olub, yəqin ki, belələri bundan sonra da tapılacaq. Bu təftişçilərin böyük əksəriyyəti 1993-cü ildə Azərbaycan dövlətçiliyini uçurumun kənarına gətirib, sonra kömək üçün Heydər Əliyevə müraciət etmişdilər.
Amma tarix-tarixdir və o kimlərinsə iddia və istəyinə görə yazılmır.
1993-cü ildən sonrakı 10 ilə qısaca nəzər salsaq, bu illərin Azərbaycan xalqı və dövləti üçün həqiqətən böyük imtahan, sınaq epoxası olduğunu, ən əsası isə xalqımızın və dövlətimizin bu sınaqdan uğurla çıxdığını yəqin edə bilərik:
1994 – Mayın 12-də Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırıldı. Azərbaycan dövləti zəruri nəfəs dərmək, qüvvəsini toparlamaq və dövlətin sütunlarını möhkəmləndirmək imkanı qazandı. Atəşkəsin ilk müsbət nəticəsi özünü gözlətmədi.
Sentyabrın 20-də Azərbaycanda təkcə neft sahəsinin deyil, bütövlükdə iqtisadi dirçəlişin təməlini qoyan ilk meqalayihə – “Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyevin tarixi uzaqgörənliyinin və cəsarətinin nəticəsi olan saziş Azərbaycanın milli neft strategiyasının başlanğıcı olmaqla yanaşı, Xəzərin milli sektorlara bölgüsü ilə bağlı ölkəmizin prinsipial mövqeyini nümayiş etdirdi. Bu isə çoxlarının ürəyincə deyildi.
Təsadüfi deyil ki, məhz “Əsrin müqaviləsi”ndən dərhal sonra Azərbaycanda növbəti dövlət çevrilişinə (3-4 oktyabr) cəhd edildi. Lakin qiyamın başında duran Surət Hüseynov və havadarları bu dəfə yanılmışdılar. Çünki artıq Azərbaycan dövlətinin sükanı arxasında mahir rəhbər – prezident Heydər Əliyev dayanmışdı.
1995 – Bu ili müstəqil Azərbaycan dövlətinin tarixinə sözün gerçək mənasında dövlət quruculuğu və fundamental islahatların başlanğıcı kimi səciyyələndirmək olar. Amma bu proses heç də rəvan olmadı. Həmin ilin martında Azərbaycan dövlətçiliyi yenidən sınağa çəkildi – “OMOH” qiyamı baş verdi. Heydər Əliyev 1995-ci il mart qiyamının qarşısını almaqla bütövlükdə Azərbaycanda hərbi çevriliş, zor gücünə hakimiyyətə gəlmək xülyasına birdəfəlik son qoydu.
Ölkə hüquqi dövlətçilik, konstitusion və demokratik inkişaf yoluna çıxdı. Həmin il noyabrın 12-də müstəqil Azərbaycanın yeni Konstitusiyası ümümxalq səsverməsi ilə qəbul edildi, Milli Məclisə ilk seçkilər keçirildi. Ölkədə maliyyə-iqtisadi sabitliyi yarandı, inflyasiya prosesi tamamilə tənzimləndi.
1996 – Azərbaycanda dövlət quruculuğu və iqtisadi islahatlar prosesi dönməz xarakter aldı. İyunda Azərbaycanın əhəmiyyətinə görə ikinci böyük enerji layihəsi – “Şahdəniz” müqaviləsi imzalandı. 90-cı illərin əvvəlindən başlanan iqtisadi geriləmə və təsərüfat sahələrindəki tənəzzülün qarşısı alındı, ilk müsbət iqtisadi göstəricilər qeydə alınmağa başlandı.

Dekabrda ATƏT-in Lissabon (Portuqaliya) sammitində münaqişənin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini zəruri sayan qərarın qəbul edilməsi ümumilikdə Qarabağ nizamlanmasının beynəlxalq-hüquqi prinsiplərini müəyyənləşdirmiş oldu. Ötən illər ərzində Azərbaycan tərəfi tənzimləmə prosesinin bu prinsiplərdən kənara çıxmasına imkan verməyib.
1997 – Azərbaycanda genişmiqyaslı iqtisadi inkişaf başlandı – özəlləşdirmə və aqrar islahatlara start verildi. Kəndli torpağın sahibinə çevrildi, illərlə qapısı bağlı olan sənaye müəssisələrinə sərmayə işığı yandırıldı. Ölkənin dünya iqtisadi sisteminə inteqrasiyası başlandı.
Oktyabr ayında “Əcrin müqaviləsi” çərçivəsində ilk neft çıxarıldı, bir ay sonra isə Azərbaycan neftini dünya bazarına daşıyan “Şimal kəməri” (Bakı- Hovorossiysk) işə düşdü. Prezident Heydər Əliyev Azərbaycanın neft strategiyasının başlıca konturunu – Bakı-Tbilisi-Ceyhan kəmərinin tikiləcəyini rəsmən bəyan etdi.
1998 – Aprel ayında “Qərb kəməri” (Bakı-Supsa) işə düşdü. Azərbaycanın xarici şirkətlərlə imzaladığı neft müqavilələrinin sayı 20-yə çatdı. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması, dövlətin siyasi-hüquq sisteminin Avropa standartlarına uyğunlaşdırılması yönündə mühüm addımlar atıldı.
Prezident Heydər Əliyev mətbuatın inkişafı ilə bağlı tarixi qərar qəbul etdi – senzura ləğv edildi. Oktyabrda növbəti prezident seçkiləri keçirildi, ölkə əhalisinin böyük əksəriyyəti Heydər Əliyev siyasətinə, sabit və rifahlı dövlətçilik kursuna dəstək verdi.
1999 – Heydər Əliyevin uzaq perspektivə hesablanmış uğurlu xarici siyasəti sayəsində ölkəmiz Şərq-Qərb münasibətlərinin təmas nöqtəsinə, “Böyük İpək Yolu”nun dirçəliş mərkəzinə çevrildi.
Hoyabrda Xəzər-Cənubi Qafqaz-Aralıq dənizi məkanında ən iri geoiqtisadi layihənin – Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi barədə böyük saziş imzalandı. Dekabrda Azərbaycanda tarixində ilk bələdiyyə seçkiləri keçirildi, ölkədə dünya təcrübəsinə əsaslanan yerli özünüidarə sisteminin təməli qoyuldu.
2000 – Azərbaycan prezidentinin apardığı məqsədyönlü xarici siyasət bəhrəsini verdi. İyun ayında Azərbaycan Avropa Şurasına rəsmi dəvət aldı. Ölkədə həm siyasi-hüquqi, həm də sosial-iqtisadi sahədə islahatların yeni mərhələsi başlandı.
Demokratik dünya standartlarına uyğun yeni məhkəmə sistemi yaradıldı, ölkənin qeyri-neft sektorunda böyük canlanma yarandı, xarici sərmayələrin iştirakı ilə böyük müəssisələr işə düşdü. Hoyabrda ikinci çağırış Milli Məclisə seçkilər keçirildi.
2001 – Yanvarın 25-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Avropa Şurasında təmsilçilik Azərbaycanın beynəlxalq-diplomatik fəaliyyət imkanlarını genişləndirdi, ölkəmiz beynəlxalq miqyasda Qarabağ münaqişəsinə obyektiv münasibəti təmin etmək, Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün yeni müstəvi əldə etdi.
Sosial-iqtisadi sahədə inkişaf göstəriciləri daha da artdı, bu inkişafın gələcək təminatı olacıq Dövlət Heft Fondu fəaliyyətə başladı. Heft Fondunun ilk vəsaitləri hesabına məcburi köçkünlərin həyat şəraiti qismən yaxşılaşdırıldı, əməkhaqqı, təqaüd və müavinətlər artırıldı.
2002 – Azərbaycan ABŞ və Rusiya kimi iki dünya nəhənginin tammənalı strateji tərəfdaşına çevrildi. Prezident Heydər Əliyevin Rusiyaya səfərləri zamanı (yanvar, iyun, sentyabr) iki ölkə arasında mühüm razılaşmalar – Qəbələ RLS-in statusu, Xəzərin dibinin bölünməsinə dair sazişlər imzalandı.
Dövlət başçısının may ayında İrana əhəmiyyətli səfəri cənub qonşumuzla münasibətləri daha da rəvanlaşdırdı. Heydər Əliyevin neft strategiyasın növbəti uğurunu yaşadıq – sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli təməlatma mərasimi keçirildi. Azərbaycan prezidenti xəyalları gerçək etməyi bacaran lider olduğunu nümayiş etdirdi.
2003 – Heydər Əliyev prezidentliyinin 10-cu ilində Azərbaycan dövlətçiliyini rəvan və perspektivi aydın görünən inkişaf magistralına çıxardı. Ölkənin gələcək idarəçiliyini siyasi varisinə – özü qədər inandığı gənc liderə təhvil verdi. Azərbaycan xalqı böyük öndərin tarixi seçiminə dəstək verdi: 2003-cü ilin 15 oktyabr seçkiləri nəticə etibarilə Heydər Əliyev siyasətini Azərbaycanın dövlətçilik fəlsəfəsi kimi birmənalı şəkildə təsdiqlədi.
2003-cü ilin 12 dekabrında Azərbaycan xalqı Heydər Əliyevi itirdi. Amma Heydər Əliyev yolu, Heydər Əliyevin ideyaları, onun təməlini qoyduğu dövlətçilik xətti və inkişaf strategiyası davam edir və yaşayır. Azərbaycan dövləti və xalqı bu yolun davamında ötən hər ili yeni uğurlarla başa vuracaq. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev dahi Liderin həyata keçirdiyi uğurlu siyasəti müvəffəqiyyətlə davam edir. 44 günlük Vətən müharibəsi buna bariz sübutdur.

 

Sədafər Hüseynov

Saatlı rayon Ağsaqqallar şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın