22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi

Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi

Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi.

Bu faktdır ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Gənclərimizin Vətənə sadaqət ruhunda tərbiyə olunması Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri idi. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı fəaliyyətinin əsası olub. Hələ hakimiyyətinin birinci mərhələsində Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil alması prioritet məsələ kimi öndə dayandı. Hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına həbi liseyin yaradılması da bu tərkibdəndir.

Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Gəncləri gələcəyimiz kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və neçə öyrətməyimizdən asılıdır. Azərbaycan gəncləri müasir dünyagörüşünə, təhsilə, savada malik gənclərdir. Azərbaycanda gəncliyə, gənclərə münasibət dünyəvi mahiyyətlidi. Gənclər sosial həyatın bütün sahələrində işləyir, təhsil alırdı. Onların fəaliyyətini eyni məcrada – eyni dövlət təsisatında birləşdirməyi, əlaqələndirməyi zəruri hesab edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Yenilik fəaliyyətlərin koordinasiyasını da təmin etdi, səmərəliyini də artırdı. Bu, həm də dövlət siyasətinin tərkib hissələrindən biri oldu. Sonralar gənclər siyasəti istiqamətində həyata keçirilən bütün tədbirlər, imzalanan bütün sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün səmərəli şərait yaradırdı, gənclər siyasətinin prinsip və istiqamətləri, təşkilati-hüquqi əsasları  müəyyən edilirdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hələ 70-80-ci illərdə gənclərin sabiq SSRİ-nin iri şəhərlərində ali təhsil almasını sistemləşdirə bilmişdi. Müstəqil Azərbaycanda da bu siyasət uğurla, yeni formatda davam etdirilirdi. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi.  Statistik rəqəmlərə nəzər salaq.  Atılan uğurlu addımları nəticəsi olaraq artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara Prezident təqaüdünün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Son 20 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə biri-biringən mühüm Fərman və sərəncamlar imzalamış, Dövlət proqramları təsdiqləmişdir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

 

Gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi.

Gələcəyimiz olan gənclərin inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Son 20 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə biri-biringən mühüm Fərman və sərəncamlar imzaladı, Dövlət proqramları təsdiqlədi.  Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq oldu. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilmiş və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib.  Prezident İlham Əliyevin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq etdi. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Gələcəyimiz olan gənclərin təhsilinin inkişafı bütün dövrlər üçün öz aktuallığını qoruyur və biri-bindən əhəmiyyətli addımlara stimul verir.Ümummilli Lider Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Ulu Öndərin hakimiyyəti zamanı olduğu kimi, bu gün də cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclər çox böyük uğurlar qazanırlar. Gənclərimiz hansı potensiala malik olduqlarını 44 günlük İkinci Qarabağ müharibəsində bir daha nümayiş etdirdilər.Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkə Prezidenti, cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın