21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır

Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır

Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır

Bu gün bütün dünya çox gözəl bilir ki, Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun Zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmiş, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kassetli bombalarla atəşə tutmuşdur. Müharibə dövründə namərd düşmənin həyata keçirdiyi terror əməliyyatları nəticəsində 100-ə yaxın mülki şəxs həlak olmuşdur. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Əlbəttə ki, Ağdam, Bərdə, Beyləqan, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Tərtər  kimi rayonların, şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması, yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması, bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür.

Bu gün düşmən tərəfindən vurulmuş ziyan hazırda əlaqədar qurumlar tərəfindən  hesablanır. Sözsüz ki, zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir. Bütün dünya erməni vandalizm aktlarının şahidi oldu.  Mənfur düşmən torpaqlarımızdan çıxarkən belə pis niyyətlərindən qalmamış,  vəhşiliklər törətmiş, evləri, məktəbləri yandırmış, ağacları və elektrik xətlərini qırmışlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Ermənilərin törətdikləri insanın ağlına gəlməyən əməllərdir və onlar buna görə tarix qarşısında cavab verəcəklər. Onlar işğal edilmiş bütün ərazilərdə evləri dağıdıblar, bütün infrastruktur dağıdılıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsi silmək istəyib. Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. Artıq, “ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu. Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir. İşğalçılıq illərində ermənilər bütün ərazilırdə evləri, tarixi abidələri, məzarlıqları, məktəbləri, digər iaşə obyektlərini dağıtmış, meşələri yandırmış, dəhşətli vəhşiliklər törətmişlər. Bu cür insaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir. Bir həqiqəti dünya və ermənipərəst dövlətlər gördülər ki, Azərbaycan xalqı öz torpaqlarını azad etdi, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Hüseyn Eynullayev,

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı               

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın