Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Həyata keçirilən davamlı islahatlar sayəsində ölkəmizdə bütün sahələrin paralel inkişafı təmin edilib. Bir sözlə, cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Azərbaycanda hər sahədə inkişaf olduğu kimi idmanın inkişafı diqqət mərkəzindədir. İdmanın inkişaf etdirilməsi də mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Əlbəttə, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır.
Cənab Prezident İlham Əliyev hər zaman Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Nəticə etibarilə, həyata keçirilən səmərəli, məqsədyönlü tədbirlər və əldə olunan nailiyyətlər Azərbaycanı güclü idman dövlətinə çevirib. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir: “Əminəm ki, idmançılarımız bundan sonra da bizi qələbələrlə sevindirəcəklər. Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir, dövlət siyasəti aparılır, idmanın maddi-texniki bazası möhkəmləndirilir. Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir”. Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır.
Azərbaycanda Olimpiya Hərəkatının inkişafı cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır və məhz dövlətimizin başçısının gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə, sağlam həyat tərzi sürmələrinə, idmana verdiyi yüksək önəm bu gün Azərbaycan idmançılarının Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında əldə etdikləri uğurları şərtləndirən başlıca amil kimi dəyərləndirilməlidir
Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medalla. Bu tarixi uğurdur.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər
Gənclərimizə, onların sağlam, bilikli, vətənpərvər insan kimi böyüməsinə hər zaman ciddi diqqət yetirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev idman sahəsində çox işlər görmüşdür. İdmanla bağlı müxtəlif dövlət proqramlarının, qanunverici aktların qəbulu gənclərin bu sahəyə marağını daha da artırmışdır. Sevindirici haldır ki, nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da müasir standartlara cavab verən idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar gənclərin həm asudə vaxtlarının səmərəli keçirməsinə, həm də zərərli vərdişlərdən uzaq olmasına zəmin yaradıb.
Ümummilli liderin uzaqgörən siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev bildirib ki, gənclərin zərərli vərdişlərdən uzaq olması, onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı kompleks işlər görülür. Bu baxımdan idmanın da rolu danılmazdır. Belə ki, idman gənclərin zərərli vərdişlərdən uzaq olmasına kömək edir.
İdman sahəsinə göstərilən qaygının məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq uguru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir.
Bu uğurların davamı XXXIII Paris Yay Olimpiya Oyunlarında gəlmişdir. İdmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edən dövlətimiz başçısı deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.
Qeyd edək ki, qızıl medal qazanan idmançılarımız Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş ediblər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq ediblər.
Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycanda idmanın bir çox növləri inkişaf edir
Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi qəbul edilir və idmançılarımızın qələbələri xalqımızı ürəkdən sevindirir. Azərbaycanda idman yüksək sürətlə inkişaf edir. Bu inkişaf özünü qazanılan uğurlarda aşkar göstərir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında ölkəmizin Olimpiya Hərəkatında əhəmiyyətli uğurlara imza atması da mühüm rol oynayır: Hətta deyə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli var.
İdmanın Azərbaycanın dünyada tanınmasında idman da özünəməxsus yer tutur. Ölkəmizdə idmanın inkişafının dayanıqlı xarakter alması beynəlxalq idman qurumları – Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar tərəfindən də yüksək qiymətləndirilir: Bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, idmançılarımızın Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında yüksək nəticələr qazanması, əldə etdikləri uğurlu nəticələr müstəqil Azərbaycanın dünyadakı nüfuzuna müsbət təsir göstərib
Bu gün Azərbaycanda idmana maraq artmaqdadır. Adını dünya idman tarixinə yazdıran idmançılarımız Azərbaycan bayrağını daim uca zirvələrə qaldırırlar. Bütün bunların əsasında hökumətin idmanla bağlı həyata keçirdiyi doğru, düşünülmüş idman siyasəti dayanır. İdman infrastrukturlarının qurulması, bərpası istiqamətində aparılan işlər nəticəsində idmana maraq kütləvi hal alıb. Demək olar ki, bütün sahələr üzrə həm kifayət qədər təcrübəli mütəxəssislər formalaşıb, həm də maddi texniki baza vardır.
XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçiləri ilə görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, hazırda bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılaraq xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait vardır. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Olimpiadada iştirak edən Azərbaycan idmançıları beş idman növündə – cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazanıblar. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Azərbaycan idman siyasətində əldə etdiyi uğurlara görə dünya ölkələri arasında mühüm yer tutur. Bu zamana kimi bir sıra mötəbər idman yarışları təşkil olunub və artıq kifayət qədər dərin təcrübə əldə olunub. Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədi olduğundan dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir.
Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri
Gənclərin idmana maraqları artır
Gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın böyük rolu vardır.
Azərbaycanda gənc nəslin inkişafı, o cümlədən fiziki və mənəvi sağlamlığı həmişə dövlətin diqqət mərkəzində olub. Bu istiqamətdə görülən işlər idman sahəsini də əhatə edir. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət göstərilməsi sayəsində əldə edilən uğurlar Azərbaycanın dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilməsinə gətirib çıxarıb.
Eyni zamanda, gənc nəslin sağlam yetişməsi üçün hər il ölkəmizin müxtəlif regionlarında yeni idman-sağlamlıq müəssisələri, olimpiya idman kompleksləri tikilib istifadəyə verilir, idman infrastrukturunun yenilənməsi istiqamətində də tədbirlər görülür. Azərbaycanda ardıcıl, düşünülmüş idman siyasəti həyata keçirilir. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinə gəldikdə isə, xüsusi olaraq deməliyik ki, bu gün Azərbaycanın Gənclər və İdman Nazirliyinin mövcudluğu, Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin, eləcə də parlamentdə gənclərlə bağlı komitənin fəaliyyət göstərməsi, Gənclər Fondunun təsis edilməsi bir daha gənclərə xüsusi diqqətin göstərildiyini sübut edir.
Bu gün hər bir Azərbaycan gəncinin müraciət etməsi, təkliflərini səsləndirməsi, özünü realizə etməsi üçün kifayət qədər müvafiq strukturlar fəaliyyət göstərir. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan gəncləri dövlət strukturlarında, yerli icraedici və ya seçkili orqanlarda uğurla təmsil olunurlar.İdmanın, sağlam həyat tərzinin ölkəmizin gələcəyi, gənclərimiz üçün böyük faydası var ki, bunun təbliği istiqamətində də mühüm addımlar atılır. Məlum olduğu kimi, ölkəmizdə bir sıra idman nəşrləri dərc olunur, idmanla bağlı internet resursları fəaliyyət göstərir. Təbii ki, həmin nəşrlər və saytlar idmanın təbliği işində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının sayəsində həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı əsas məqsəd ondan ibarət olmuşdur ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.
Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. İdmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. İdmançılarımız gənclər üçün nümunədir. Gənc nəsil idmançılarımıza baxıb onlar kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.
Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri
Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır
Ölkəmizdə idmanın inkişaf yolu müəyyən çətin mərhələlərdən qətiyyətlə keçmişdir. Manelərə, ölkədə yaranmış ictimai-siyasi problemlərə baxmayaraq ölkə idmanı dinamik inkişafda olmuşdur. Bütün bunlar qətiyyətli siyasi fəaliyyətin nəticəsində baş tutmuşdur. Bu illərdə ölkədə dünya standartlarına cavab verən idman kompleksləri, sağlamlıq mərkəzləri, idman zalları tikilmiş xalqın istifadəsinə verilmişdir. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində idmançılarımız Avropa, dünya çempionatlarında və olimpiya oyunlarında ölkənin bayarağını yüksəklərə qaldıraraq, beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə layiqli tövhələr vermişdir. Respublikada həyata keçirilən məqsədyönlü və davamlı idman siyasəti birmənalı olaraq gənclərin fiziki tərbiyəsində və ümumilikdə idmanın inkişafında da mühüm rol oynamışdır. Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, effektiv idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı və həyata keçirilən islahatlar Azərbaycan gəncləri üçün uğurlu yol açmışdır.
İdmançılarımızın XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanması tarixi nailiyyətdir.
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bu ilki Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq.
Onu da qeyd etmək lazımdır ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, Bu çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışı qiymətləndirilərək belə nəticəyə gəlmək olar ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.
Bu gün idman sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, vətənə və Azərbaycan bayrağına olan məhəbbətinin artmasına, eləcə də yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır.
Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüskəlişi deməkdir. Bu gün idman sahəsində əldə olunan uğurlar bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Və Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Bu isə, Prezident İlham Əliyev cənablarının idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür.Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb.
Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri