22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfərixüsusi xarakter daşıyır

Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfərixüsusi xarakter daşıyır

Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfərixüsusi xarakter daşıyır

Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putinlə Dövlətimizin başçısı İlham Əliyev mətbuata birgə bayanatında bildirdi ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. .Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətmizin xarici siyasət uğurlarından bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir: “Bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır.Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik… Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir… Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır.”Xarici siyasətində iki və çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən dövlətimizin təkcə cari ilin ötən dövründə bu istiqamətlərdə əldə etdiyi uğurlara diqqət yetirmək kifayətdir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha yüksələn xətlə inkişaf edir. Buna əsas verən amillərdən biri dövlətimizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyidir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətləri inkişaf etdirən Azərbaycanın qonşu dövlətlərlə əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə göstərdiyi maraq atdığı davamlı addımlardan daha aydın görünür.Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşuluq münasibətlərinin inkişafının prioritetliyini daha gaydın görmək mümkündür.Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də ölkəmizə dövlət səfəri, imzalanan sənədlər, Prezidentlərin məhdud və geniş tərkibdə keçirdikləri görüşdə, həmçinin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər iki dost ölkənin mümasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı.Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur.Azərbaycan və Rusiya Prezidentlərinin mətbuata birgə bəyanatlarında “Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir” söyləyən dövlət başçısı cənab İlham Əliyev onu da bildirdi ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Bütün sahələrdə müsbət dinamika görürük. Həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir.Bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Səfər ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm addım olacaq.

Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva.

 

 

 

Yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır

Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir, Azərbaycan ilə Rusiyanın qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələri ilə bağlı olması dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” iki ölkə arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə əks etdirir. Dövlətimizin başçısı cənab İlham Əliyev qarşılıqlı səfərlər zamanı keçirdiyi görüşlərdə bu məqamı daim böyük əminliklə ifadə edir ki, “Yol xəritələri”nin reallaşdırılması əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. İstər keçirilən görüşlərdə, istərsə də mətbuata birgə bəyanatlarında Azərbaycanın tolerantlıq təcrübəsi, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr də müzakirə olunan məsələlər sırasında olub. Müxtəlif mədəniyyətlərin, dinlərin qovuşağında yerləşən Azərbaycan daim ölkələr, xalqlar arasında dostluq körpüsü kimi dəyərləndirilir. Azərbaycan bu gün beynəlxalq aləmdə artıq dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi tanınmış məkana çevrilib. Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına, humanitar Forumlara, dini sammitlərə ev sahibliyi etməklə dünyaya birlik, həmrəylik, ən əsası sülh, əmin-amanlıq mesajları ünvanlayır. Rusiya Prezidenti Vladimir Putin rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkürünü bildirdi və qeyd etdi ki, Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Azərbaycan rəhbərliyi bu tendensiyanı hərtərəfli şəkildə dəstəkləyir. Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünün müzakirə olunduğunu vurğulayan Vladimir Putin onu da əlavə etdi ki, Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəklədi. Biz onu kifayət qədər tez həyata keçirəcəyik. Daim sülhün, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olan Azərbaycan 30 il dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllində ədalətli yanaşma gözlədi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, hazırda tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiyanın mövqeyi daim diqqətdə olub. 44 günlük İkinci Qarabağ münaqişəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında üçüncü tərəf məhz Rusiyadır. Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiyası, həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələri həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Təsadüfi deyil ki, ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir, bunu yüksək qiymətləndirirlər. Azərbaycan dünyada dialoq məkanı kimi tanınır, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində onun imkanlarından istifadə oluna bilər.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

 

 

 

Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir

Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb.
Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə dövlətlərarası münasibətləri yeni mərhələyə – müttəfiqlik səviyyəsinə qaldırıb.Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib. Ertəsi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib. Həmçinin hər iki dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Mərasindən sonra Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.Mətbuata bəyanatında Prezident cənab İlham Əliyev bildirib ki, görüş zamanı   dövlətlərarası münasibətlərin geniş spektri ətraflı müzakirə edilib. Qeyd edilib ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar həddini adlayıb.Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, görüş zamanı   dövlətlərarası münasibətlərin geniş spektri ətraflı müzakirə edilib. Qeyd edilib ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar həddini adlayıb.Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.

Zərdab Gənclər evi SXM-in əməkdaşı- Cəlal Mecidli.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın