21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ölkənin konstitusiya quruluşunun tarixi

  • MANŞET
  • 12 Noyabr 2024
  • 2.670 BAXIŞ SAYI
Ölkənin konstitusiya quruluşunun tarixi

Ölkənin konstitusiya quruluşunun tarixi

Konstitusiya (lat. Constitutio – “quruluş”) – ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktıdır, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edir.

Azərbaycan xalqı hələ XX əsrin əvvəllərində öz suverenliyini əldə etmiş, müstəqil dövlət qurmuş, vətəndaşların hüquq və azadlıqlarını təmin etmək üçün özünün müstəqil konstitusiyasının qəbul edilməsi yolunda inadlı mübarizə aparmışdır. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Demokratik Respublikasında konstitusiya deyil, konstitusion aktlar mövcud olmuşdur. Belə ki, bu dövlət mövcud olduğu dövrdə konstitusiya xarakteri daşıyan aktlar qəbul etmiş və onların əsasında fəaliyyət göstərmişdir. Bu aktlara misal olaraq, Azərbaycanın dövlət müstəqilliyi haqqında 1919-cu ildə qəbul olunmuş Konstitusiya Aktını, Azərbaycan Demokratik Respublikasının Hökuməti haqqında, Azərbaycan Demokratik Respublikasının Parlamenti haqqında və s. Qanunları göstərmək olar.

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və Azərbaycan Sovet Sosialist Respublikası yaranmışdır. 1921-ci il mayın 19-da I Ümum-azərbaycan Sovetlər Qurultayında Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Bolşevik rejimi tərəfindən qəbul edilməsinə baxmayaraq ilk konstitusiyanın qəbul edilməsi Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə idi. Hüquq və azadlıqlara dair Azərbaycan SSR-in 1921-ci il Konstitusiyasında xüsusi bölmə və yaxud fəsil nəzərdə tutulmamışdır. Belə müddəalar bu Konstitusiyanın “Ümumi müddəalar” adlanan birinci bölməsində təsbit edilmişdir. Konstitusiyanın 1-ci maddə-sində “Azərbaycan Sovet Sosialist Respublikasının vəzifəsi burjuaziya sinfinin məhv edilməsi məqsədilə proletariatın diktaturasını təmin etmək” prinsipi burada qeyd edilən hüquqların konsepsiyasını təşkil edirdi. Belə ki, bütün hüquqlar zəhmətkeşlərə aid edilirdi. Buradan belə qənaətə gəlmək olar ki, əhalinin digər təbəqələri bu hüquqlardan məhrum olmuşlar. Hüquq və azadlıqlara dair normalar Konstitusiyanın “Ümumi müddəalar” adlanan birinci bölməsində öz əksini tapmaqla cəmi 14 maddəni əhatə edirdi.  Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minmişdir.

Zülfiyyə  Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru

 

 

1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub.

1978-ci il aprelin 21-də isə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında Azərbaycanın sayca dördüncü Konstitusiyası qəbul edilmişdir

Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət idi. İlk dəfə olaraq bu Konstitusiyada preambula, siyasi sistem, sosial inkişaf və mədəniyyət, xarici siyasət fəaliyyəti və sosialist vətəninin müdafiəsi, xalq deputatının statusu kimi fəsillər nəzərdə tutulub, ayrı-ayrı fəsillər bölmələrdə birləşdirilib.

Xüsusilə qeyd etmək lazımdır ki, 1978-ci il Konstitusiyasının qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. Məhz Ümummilli Lider Heydər Əliyevin tələbi ilə bu Konstitusiyada dövlət dili kimi Azərbaycan dili müəyyən edilib. Konstitusiyanın 73-cü maddəsində deyilirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir”.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Əsas Qanunun təkmilləşməsinə xidmət edən əlavə və dəyişikliklər.

Yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində ölkəmizdə bütün fundamental azadlıqlar təmin edilib. Sabitlik diyarı və inkişaf məkanı kimi tanınan Azərbaycan son  illər ərzində bütün sahələrdə ən sürətli inkişaf templərini nümayiş etdirib,tarixi nailiyyətlərə imza atıb, dünya dövlətləri arasında layiqli yer tutub. Möhtərəm İlham Əliyev qalib ölkənin Prezidenti kimi Konstitusiyamıza istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiyyətimizi daha yüksək zirvələrə doğru inamla aparır.

Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

Çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olan milli Konstitusiyamız suveren dövlətçilik tariximizdə yeni mərhələ açıb, dövlət quruculuğu, iqtisadiyyat və ictimai – siyasi həyatda dinamik inkişafa güclü təkan verib. Beynəlxalq aləm, dünya dövlətləri müstəqil Azərbaycanla hesablaşır, onun qüdrətini, təsir gücünü yaxından hiss edir. Universal dəyərlərə əsaslanan, böyük hüquqi, siyasi və ideoloji potensiala malik Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın firavanlığına xidmət edir.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın