Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır.
20 Noyabr, Azərbaycan xalqının tarixi və mədəni irsində əlamətdar bir gün olan Ağdam Şəhəri Günü kimi qeyd edilir. Bu gün, Ağdam şəhərinin işğaldan azad olunması və onun bərpası ilə bağlı mühüm hadisələrə işarə edir. Ağdam Şəhəri, Azərbaycanın Qarabağ bölgəsində yerləşən, tarixi və mədəni baxımdan zəngin bir məkandır. Şəhərin işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərbası və müstəqiliyyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu tarixi hadisə, yalnız hərbi-strateji qələbə deyil, eyni zamanda Azərbaycanın xalqının milli birlik və həmrəylik ruhunun təntənəsidir. 20 Noyabr Ağdam Şəhəri Günü, hər il böyük coşqu ilə qeyd olunur. Bu gün, xalqın keçmişinə olan hörmətin və gələcək nəsillərə vətənpərvərlik və dövlətə sədaqət dəyərlərinin ötürülməsi üçün bir vasitədir. Şəhidlərimizin və qəhrəman əsgərlərimizin xatirəsi yad edilir, onların fədakarlığı və qəhrəmanlıq dastanları anılır. Ağdamın bərpası və yenidən qurulması işləri davam edir və bu proses, şəhərin əvvəlki əzəmətini geri qaytarmaq üçün görülən işlərin bir parçasıdır.
Ağdam Şəhəri Günü, Azərbaycanın mədən-mənəvi dirçəlişinin bir simvolu olaraq, ölkənin tarixində yeni bir səhifə açır. Bu gün, yalnız Azərbaycan xalqı üçün deyil, bütün dünya üçün bir sülh və əmin-amanlıq mesajı daşıyır. Ağdamın bərpası və yenidən qurulması işləri, Azərbaycanın mədəni irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlardır. Hal-hazırda Ağdam şəhəri yenidən qurulur, gözəlləşir və inanırıq ki, yaxın gələcəkdə Ağdam şəhərı tam abad və səliqəli şəhərlərdən biri olacaqdır.
Zərdab rayon Qoruqbağı kənd tam orta məktəbinin direktoru-Əliheydər Abbasov
Ağdam-Qafqazın Xirosiması
2020-ci il noyabrın 20-si Ağdam şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi tarixə yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi “Ağdam Şəhəri Günü” kimi qeyd olunur.
2020-ci ilin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatına düşmən cəmi 44 gün tab gətirə bildi. Hər gün ərazi bütövlüyümüzün bərpa olunduğu xəritə 44 gün ərzində tamamlandı. Otuz il ərzində ağır istehkamlar quran, özlərini qalib adlandıran və “yenilməzlik” donuna bürünən Ermənistan ordusunun uydurmaları 2020-ci ilin payızında Azərbaycan əsgərinin şücaəti sayəsində puça çıxdı. Ordumuz hər bir cəhətdən onlardan üstün idi. Əsas fərqimiz isə doğma torpaqlarımız naminə vuruşmağımız idi. Uzun illər öz sakinlərinə həsrət qalan, düşmən barbarlığının qurbanına çevrilən həmin torpaqlar xilas olacağı günü səbirsizliklə gözləyirdi. Biz haqqımız olanı 44 gün ərzində nəinki düşmənə, onun havadarlarına qarşı bütün cəbhələrdə döyüşərək aldıq. Xalq-ordu-iqtidar birliyi dəmir yumruq kimi qarşısındakı bütün maneələri əzə-əzə irəlilədi. Bu müqəddəs yolda canımızdan canlar getdi, ən dəyərlilərimizi qurban verdik, lakin amalımıza çatdıq: biz adımıza layiq Zəfər qazandıq. Biz tarixi missiyamızı 44 günə yekunlaşdırdıq. Düşmən dizlərini yerə qoyaraq kapitulyasiya aktına imza atmalı oldu. Nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan azad edildi.
Əbəs yerə Ağdama “ruhlar şəhəri” deyilmirdi. Otuz il ərzində şəhərin öldürülən ruhu, xarabaya döndərilən kəndləri insanı vahiməyə salırdı. Təbiətə tutulan divan görənləri dəhşətə gətirirdi. Lakin 2020-ci il noyabrın 20-dən Ağdama yeni can, yeni nəfəs gəldi. Bütün təhlükələrə, risklərə baxmayaraq, rayonun azad edilməsindən cəmi üç gün sonra – 2020-ci il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısının Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırması görüntülərini milyonlarla azərbaycanlı fəxr və böyük sevinclə izlədi. Həmin gün dövlətimizin başçısı çıxışı zamanı Ağdamın bərpa olunacağını bütün dünyaya duyurdu.
Zərdab rayon İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva