Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir
Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.
Azərbaycan və Somali prezidentlərinin görüşü zamanı iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı mühüm qərarlar qəbul edildi. Görüş çərçivəsində əsasən siyasi, iqtisadi, müdafiə və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə olundu. İlk növbədə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha bəyan etdi. Bundan əlavə, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Somalidə sərmayə qoyula biləcək sahələr – infrastruktur, liman qurğuları və kənd təsərrüfatı kimi sektorlar müzakirə edildi. Azərbaycan Somalidə işgüzar mühitin yaxşılaşdırılması üçün öz təcrübəsini bölüşməyə və bu sahədə dəstək verməyə hazır olduğunu ifadə etdi.
Təhsil sahəsində əməkdaşlıq da vacib istiqamətlərdən biri kimi qeyd olundu. Hazırda Somalidən bir neçə tələbə Heydər Əliyev adına təqaüdlə Azərbaycanda təhsil alır. İmzalanan yeni sənədlər çərçivəsində bu proqramın genişləndirilməsi və daha çox somalili tələbənin müasir təhsil imkanlarından faydalanması nəzərdə tutulur. Müdafiə sahəsində də ciddi əməkdaşlıq perspektivləri var. Azərbaycanın müdafiə sənayesi imkanları və hərbi təlim sahəsindəki təcrübəsi Somali ilə bölüşülə bilər. Hər iki ölkə terrorçuluq və ekstremizmə qarşı mübarizədə ortaq mövqe sərgiləyərək bu sahədə əməkdaşlığın vacibliyini vurğuladı. Bundan əlavə , beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq davam edəcək. Azərbaycan və Somali BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birinə dəstək verməyə davam edəcəklər.
Bu görüş çərçivəsində bir neçə vacib sənəd imzalandı, o cümlədən dövlət xidmətləri, yaşıl enerji, təhsil və müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşmalar əldə olundu. İmzalanan bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix Müəllimi Sadıqova Ülkər
Tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. Vurğulamalıyıq ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Dövlətimizin başçısı bu səfərin ölkələr arasında ikitərəfli münasibətlərin tarixində bir ilk olduğunu vurğulamış və qarşılıqlı maraq doğuran çoxsaylı məsələlərə dair müzakirələrin aparıldığını bildirib. Azərbaycan-Somali arasında imzalanmış sənədlər müxtəlif sahələrdə qarşılıqlı iradə və əməkdaşlığı əks etdirir, bu da münasibətləri daha yüksək səviyyəyə çatdırmaq məqsədi daşıyır. İndi hər iki ölkə mövcud potensiallardan istifadə edərək, ikitərəfli əlaqələri inkişaf etdirmək istəyirlər. Bunun üçün zəruri şərait də var. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmi də vurğulanıb. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birinə dəstək verilməsi hər iki dövlətin xarici siyasətində mühüm rol oynayır. Bu əməkdaşlıq dünya miqyasında sülhün və sabitliyin təmin olunmasına kömək edir. Hər iki ölkə bu sahədə birgə fəaliyyət göstərərək, qarşılıqlı maraqlarını müdafiə etməyə davam edəcək. Bu yanaşma, həmçinin regionda daha geniş siyasi və iqtisadi əməkdaşlıq imkanlarını təmin edəcək.Prezidentlərin mətbuata verdiyi bəyanatlar Azərbaycan ilə Somali arasında sıx əlaqələrin və strateji tərəfdaşlığın yeni bir dövrə qədəm qoyduğunu göstərir. Bu tarixi səfər yalnız ikitərəfli əlaqələri gücləndirmək deyil, həm də regional və beynəlxalq səviyyədə əməkdaşlığı inkişaf etdirmək üçün bir fürsətdir. Hər iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə təhsil, müdafiə, iqtisadiyyat və dövlət xidmətləri sahələrində yeni addımların atılması əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.
Veteran müəllim Vəfadar Niftəliyev