COP29 – “Bakı sıçrayışı”
COP29 – “Bakı sıçrayışı”.
Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir.
Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda çox güclü mövqelərə sahib çıxmış, nəticədə dünya ölkələri böyük etimad göstərərək, COP29 beynəlxalq konfransın Azərbaycanda keçirilməsi barədə səs vermişlər. Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu.
Bu ilin 13 mart tarixində cənab Prezident İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda çıxış edərkən COP29 beynəlxalq tədbirinin ölkəmizdə uğurla həyata keçirilməsindən danışaraq qeyd etdi ki, “Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir”
Biz COP29 beynəlxalq konfrasının yüksək səviyyədə keçirilməsinin, dünya ictimaiyyətinin ölkəmizin və xalqımızın növbəti uğurunu izləməsinin şahidi olduq.
Ruxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru
Ölkəmiz enerji təchizatı baxımından qıtlıqla üzləşmir.
Azərbaycanla Avropa arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələr uzun illərdir davam edir. Avropa ilə əməkdaşlıq, ona inteqrasiya Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. Bu baxımdan, Azərbaycanla Avropa ölkələri arasında iqtisadi, ticari, mədəni, siyasi və sosial əlaqələr davam etməkdədir. Azərbaycan müstəqilliyini bərpa elan etdiyi vaxtdan bəri bir sıra sahələrdə, xüsusilə enerjidaşıyıcları məsələsində müxtəlif ölkələrlə əməkdaşlığını genişləndirir.
Cənab Prezident İlham Əliyev 9 mart tarixində “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda çıxışında önəmli məsələlərə toxunaraq ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu bir daha sübut etdi. Cənab Prezident çıxışında qeyd etdi ki, “Bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz.
Bağlantı məsələlərinə gəldikdə, demək istəyirəm ki, son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artmışdır. Bunun üçün yaxşı hazırıq, çünki üzərimizə düşən işi artıq icra etmişik. İndi isə, sadəcə, dəniz limanı, dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətini artırmalıyıq ki, son illər ərzində Azərbaycana istiqamətləndirilmiş bütün yükləri qəbul edə bilək. Beləliklə, əlbəttə ki, bölgəmizin – Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır və həmin bölgədə sülhün bərqərar olunması üçün hələ də çalışırıq”
Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerjidaşıyıcları istiqamətində əməkdaşlıq və danışıqların davamlı aparılması təşkil edir.
Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru