21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Putin yüksək riskli mərc etdi – “Politiko”

  • DÜNYA
  • 25 Mart 2022
  • 1.832 BAXIŞ SAYI
Putin yüksək riskli mərc etdi – “Politiko”

Rusiya Prezidenti Vladimir Putin qaz ödənişlərini rubla çevirməklə Qərbi ələ salır.

Qafqazaz.com xəbər verir ki, “Politiko” nəşri məlumat yayıb.

“Bu, yüksək riskli mərcdir: ya Qərb Putinin tələblərinə boyun əyəcək, ya da müqavimət göstərməkdə davam edərək Moskvanın yeni addımlarını gözləmək riski ilə üzləşəcək”, – nəşr qeyd edib.

Ekspert Timoti Eşin sözlərinə görə, Putin bu addımı ilə sanksiya təzyiqini azaltmaq istəyir.

Analitik Ceyms Hakstep isə bildirib ki, bu, yeni tədbirlər alıcılar üçün qaçılmaz çətinliklər yaradacaq.

Həmçinin, “Politiko”ya müsahibə verən ekspertlər bu vəziyyətdə bir çox hüquqi mübahisələrin yaranacağına əmindirlər.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın