Mariupol Ukraynanın nəzarətindədir – Britaniya
Rusiya qüvvələri Mariupol istiqamətində irəliləməyə davam edir, lakin şəhərin mərkəzi hələ də Ukraynanın nəzarətindədir.
Qafqazaz.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin son kəşfiyyat icmalında deyilir.
Məlumatına görə, Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, İrpin, Buça və Qostomeldə əks-hücumlar keçirməyə davam edir. Bu hücumlar müəyyən uğur qazanıb və ruslar bir sıra mövqelərdən çıxarılıb. Lakin Rusiya zərbə imkanlarına görə şəhər üçün hələ də ciddi təhlükə yaradır.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın