21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşü  

Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşü  

Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşü  

 

Dövlət  başçısı İlham Əliyev aprelin 8-də   Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşmüşdür. Hər bir idmançı yarışa çıxanda unutmamalıdır ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət həyata keçirilən siyasətin  əsas tərkib hissəsidir. İdman da bir siyasətdir. Belə ki, yarışlarda qalibiyyətimiz Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın dalğalanması ilə müşayiət olunur. Son illərdə ölkəmizdə idmanın inkişafı üçün yaradılan infrastruktur göz qabağındadır. Paytaxt və bölgələrdə  inşa olunan idman kompleksləri  gənclərin idmanın müxtəlif növlərinə dərindən yiyələnmələri üçün geniş imkanlar açır. Dövlət  başçısı İlham Əliyevin qeyd etdiyi kimi, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Bir millətin, xalqın tanınmasında onun milli-mənəvi dəyərləri, mədəniyyəti, tarixi əsas rol oynayır.  Gənc nəsil  mütləq vətənpərvərlik ruhunda,  milli ruhda,  milli dəyərlər əsasında tərbiyə almalıdır.  Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir.

Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Hər bir idmançı yarışa çıxanda unutmamalıdır ki,müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, siyasətini müstəqil şəkildə aparır. Gələcək yarışlarda da  Azərbaycan qalib olacaq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmasından qürur duyduğumuz  üçrəngli bayrağımız yüksəklərə qalxacaq. Çünki Möhtərəm Prezidentimiz Azərbaycanın təcrübəsinin hər sahədə nümunə olmasını qarşıya hədəf qoymuşdur.Möhkəm təməl, gələcəyə yönəlmiş siyasət davamlı uğurların əsasıdır.

 

Şəhla Eminova –Zərdab şəhər sakini, “Əməkdar müəllim

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın