21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar

Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar

Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar.

Qarabağda həyata keçirilən layihələrdən biridə, burada tətbiq olunacaq “Ağıllı kənd” layihəsidir. Ölkəmizdə ilk dəfə olaraq tətbiq olunan bu pilot layihə Zəngilan rayonunun 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edir. Burada əsasən, 5 komponent – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri xüsusi yer tutur. Müxtəlif ölkələrdə tətbiq olunan bu layihənin bir sıra üstünlükləri var. Robotlaşdırılmış texnika, kommunal xidmətlərə fasiləsiz çıxış, elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat bu layihənin əsas hissəsidir. İnsanı şəhərə qaçmaqdan uzaqlaşdıran bu layihənin tətbiq olunduğu ərazilərdə adi kənd həyatından daha üstün və keyfiyyətli xidmət göstəriləcək. “Ağıllı kənd”in qurulması həmçinin texnoloji üstünlüklərdən daha çox istifadə olunması mənasına gəlir. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Pilot layihənin əsas hissəsi isə heç şübhəsiz ki, “ağıllı kənd təsərrüfatı” sisteminin qurulmasıdır ki, bu da Qarabağda kənd təsərrüfatının inkişaf tempinin daha da yüksəlməsinə imkan verəcək. Bu pilot layihənin kənd təsərrüfatı üçün əsas üstünlüklərindən biri isə burada robotlaşmış texnikadan, yəni ağıllı suvarma sistemindən və dron texnologiyasından istifadə olunmasıdır. Bu isə böyük sahələrdə yarana biləcək hər hansı problemin həllinin insan əməyindən istifadə olunmadan aradan qaldırılması deməkdir. Burada tətbiq olunan damcı suvarma sistemi mövsümündən asılı olaraq proqramlaşdırılmış şəkildə aparılacaq. Bu proqram isə hansı bitkiyə necə suvarma verilməsini özü tənzimləyir. Bir sözlə, ölkəmizdə bu layihənin tətbiq olunması şəhərə axının qarşısını almaqla yanaşı, kəndlərin inkişafını da sürətləndirəcək.

Bu gün Azərbaycan artıq yeni bir perspektivə köklənib. Dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışımızı həyata keçirə biləcəyik. Həmin gün isə uzaqda deyil.

Nağıyev Abbas – Zərdab rayonu, Dəli Quşçu kənd sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın