AZAL cərimələndi
Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati qaydada protokol tərtib edilib.
Qafqazaz.com–un məlumatına görə, AZAL barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sözügedən xətaya görə, vəzifəli şəxslər 1 000, hüquqi şəxslər isə 1 500 manat cərimə edilir.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın