21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir

Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir

Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir

24 dekabr 2011-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay  sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək , ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Silahlı Güvvələrimizlə fəxr edirik! Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir. Müzəffər Azərbaycan ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir. Vətənə bağlıdırlar və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri , müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər.

Xalqımızın şanlı müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin  hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazinin, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək yancaq Azərbaycan əsgərinin ruhu,gücü hesabına mümkün olmuşdur. Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, Kəlbəcəri bir güllə atmadan azad etdik.

Bu gün Kəlbəcərdə quruculuq işləri gedir, Kəlbəcərin infrastrukturu , elektrik təhcizatı , su təchizatı , evlərin tikilməsi – artıq buna start verilib.

İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə yeni su zavodunun tikilməsi nəzərdə tutulur. Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal iste, istehsal istehlak olunacaq və ixrac ediləcək.

Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması təbii gözəlliyi bir daha sübut edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa ediləcək.

Azərbaycan xalqı qurub – yaradan xalqdır. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpağların sahibləriyik.

 

İslamova Şəlalə

Saatlı rayonu Mollavazlı kənd ümumi orta məktəbin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın