Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb
Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb.
Eyni soykökə, mədəniyyətə və ənənələrə malik Qırğızıstanla Azərbaycan arasında qardaşlıq, əməkdaşlıq münasibətləri tarixin bütün zamanlarında qarşılıqlı hörmət və ehtiram üzərində qurulub. SSRİ-nin süqutundan sonra ölkələrimiz arasında diplomatik əlaqələr 1993-cü ildən başlanılıb. Lakin ilk dövrlər münasibətlər arzulanan səviyyədə olmasa da, sonrakı vaxtlarda yüksələn xəttlə inkişaf dinamik xarakter alıb. Ulu öndər Heydər Əliyevin Prezident kimi qırgız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib.
Prezident cənab İlham Əliyevin respublikamıza rəhbərliyi illərində bu strategiyaya sadiqliyi nəticəsində Azərbaycan türk dünyasının aparıcı ölkələrindən birinə çevrildi. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri, keçirilən görüşlər də əlaqələrin bütün sahələrdə inkişafından xəbər verdi. Qırgız Respublikasının dövlət başçısının respublikamıza səfərini yüksək qiymətləndirən prezident cənab İlham Əliyev dost, qardaş dövlətlə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin qurulmasına toxundu. Eyni zamanda, Prezident Sadır Japarovun səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Prezident cənab İlham Əliyev iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığı keyfiyyətcə daha yeni səviyyəyə çatdıracağını da vurğuladı.
Bütün bu diplomatik ugurlar isə Prezident İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır
Zeynalov Səlim – Dəkkoba kənd tam orta məktəbinin direktoru