Əsassız mənzil iddiası edən məcburi köçkün, redaksiyanın əməkdaşlarını şantaj etdi
Qanunla.az: – Son günlər mətbuatda tez-tez Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən qaçqın və məcburi köçkünlərə verilən evlərin bir neçəsinin geri alınması barədə məlumatlar oxuyuruq.
“DogruXeber.az” qeyd edir ki, qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən verilən mənzillər dövlət mülkiyyətindədir və onlara müvəqqəti yaşamaları üçün təqdim edilmişdir.
Məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq, orada başqa məcburi köçkün ailəsi yerləşdirilir. Bəzi hallarda məcburi köçkün ailəsi evi aldıqdan sonra orda yaşamır. Belə faktlar var. Təbii ki, həmin məcburi köçkünlərin məhz hamısının evi olduğuna görə Dövlət Komitəsinin verdiyi mənzillərdə yaşamadıqlarını söyləmək doğru olmazdı. Məcburi köçkünlərə mənzillər verildikdə, onlarla müqavilə bağlanır. Müqavilədə qeyd olunur ki, əgər məcburi köçkün evi alandan sonra 3 ay müddətinə ora köçmədisə, ev ondan geri alınır. Bunun da prosedur qaydası var. Belə hal olanda məhkəməyə müraciət edilir və məhkəmə yolu ilə həmin mənzil geri qaytarılır.
Qaçqın və Məcburi köçkünlərlə İş üzrə Dövlət Komitəsi də bu mövzuda işlərini aktiv və ədalətli şəkildə davam etdirir.
Yeri gəlmişkən, bir neçə ay əvvəl “DogruXeber.az” informasiya portalında Qaçqın və Məcburi köçkünlərlə İş üzrə Dövlət komitəsi barəsində bəzi məlumatlar yer almışdı. Qeyd edək ki, sözügedən məlumatlar Füzuli rayonu, Ayıbasanlı kənd sakini, hazırda Qayıdış qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün Əliyev Elnur Tofiq oğlunun redaksiyamıza müraciəti əsasında yayımlanmışdı. Hansı ki, vətəndaş qısa qapanma nəticəsində evinin yandığından və iki ilə yaxındır balaca, torpaq damda yaşadığından gileylənirdi. Eyni zamanda, ona ayrılmış 12.000 (on iki min) manat pul vəsaitinin Qaçqınkom tərəfindən mənimsənildiyini iddia edirdi. O zamanlar qarşı tərəfin mövqeyini öyrənmək üçün cəhdlərimiz nəticəsiz qaldı. Telefonlarımıza cavab verilmədiyi üçün məlumatı qarşı tərəfin bu barədə açıqlamasını dinləmədən yayımlamaq məcburiyyətində qalmışdıq. Məlumatlar yayımlandıqdan sonra, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovla telefon əlaqəsi saxlayıb, vətəndaş Elnur Əliyevin problemi barəsində məlumat verdik.
Təşəkkür edirik ki, bundan sonra Səbuhi Əhmədovun nəzarəti və tapşırığı ilə vətəndaş Elnur Əliyevə yaşadığı qəsəbədə 2 mənzil göstərildi və ikisindən birini seçməsi təklif edildi. Hətta, seçəcəyi mənzilin komitə tərəfindən təmir edildikdən sonra təqdim ediləcəyi də bildirildi.
Qeyd edək ki, Elnur Əliyevin müvəqqəti yaşaması üçün mənzillə təmin edilməsinə görə yaşadığı ərazi üzrə Mənzil Kommunal İstismar sahəsinin rəisi İsax bəy də çox səy göstərdi.
Lakin, sən demə vətəndaşın niyyəti başqa imiş. Buna görə də komitə tərəfindən edilən təklifləri rədd etdi və “Ya mənə 95 saylı yeni qəsəbədən ev versinlər, ya da öz həyətimdə evimi tiksinlər, mətbəx, hamam tikilsin, balkonum 4 metr qabağa çıxarılsın. Öz həyətimdə şərait qurulsun. Mən həyətimdə ağaclar əkmişəm, o evləri istəmirəm”- deyə israr etdi.
QEYD: Görünür E.Əliyev ona müvəqqəti yaşaması üçün komitə tərəfindən verilən evi fikirlərində şəxsi mülki hesab edirmiş.
Bundan sonra təklif edilən evlərin şəraitsizliyini şəxsi mobil telefonu vasitəsilə lentə alıb votsap vasitəsilə bizə göndərdi və həmin görüntülərin yayılmanmasını tələb etdi. Hansı ki, (təkrar edirik!) onun lentə aldığı mənzillər, “Qaçqınkom” tərəfindən hansını seçərsə, o mənzilin təmir edilərək, ona təqdim ediləcəyi bildirilən mənzillər idi. Bu səbəbdən onun bu “görüntülərin yayılmanması” tələbi redaksiyamız tərəfindən qəbul edilmədi. Bundan sonra vətəndaş Elnur Əliyev redaksiya əməkdaşlarına, eyni zamanda redaksiyanın əlaqə telefonuna təhqir və təhdid dolu mesajlar yağdırmağa başladı. Bundan əlavə haqqımızda “pul almısınız” kimi böhtan ifadələr işlədib, sosial şəbəkələrdə barəmizdə mənfi fikirlər yayımladı.
Qeyd edək ki, bütün bunlar barəsində əməkdaşlarımız tərəfindən Daxili İşlər Nazirliyinə yazılı müraciət edilib. Bundan əlavə haqqımızda böhtan ifadələr işlətdiyinə görə , artıq məhkəməyə təqdim edilməsi üçün tərəfimizdən müraciət hazırlanıb.
Dogruaxeber.az