Rusiya bu istiqamətdə 22 alayla hücum edir – Britaniya
Çox güman ki, Rusiya ordusu Kramatorsk və Severodonetsk şəhərlərini tutmaq üçün İzyumdan kənara çıxmaq niyyətindədir.
Qafqazaz.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu yerlərin ələ keçirilməsi Rusiyanın şimal-şərqi Donbas üzərində hərbi nəzarətini gücləndirəcək və regionda Ukrayna qüvvələrini sıxışdırmaq üçün tramplin olacaq. Rusiya İzyumda 22 taktiki batalyon qrupu yerləşdirib. Onlar Donbasın şimal istiqamətində irəliləməyə çalışırlar. Ruslar “Tülpan” ağır özüyeriyən minaatanların batareyasını və “Smerç” reaktiv yaylım atəş sistemləri ilə silahlanmış bölməni də İzyum yaxınlığında yerləşdiriblər”, – məlumatda deyilir.
Qeyd edək ki, son həftələrdə ruslar ən böyük itkiləri İzyum bölgəsində veriblər.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın