Ana iki uşağını sığınacağa atıb qaçdı
Bakıda ana iki azyaşlı uşağını qadın və uşaq sığınacağına atıb qaçıb.
Qafqazaz.com xəbər verir ki, bu haqda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə paylaşım edib .
O bildirib ki, uşaqlar atılarkən baxımsız və ac olublar:
“Ana 2 azyaşlı körpəsini sığınacağın qapısına qoyub qaçdı. Uşaqlar baxımsız və ayaqyalın vəziyyətdədirlər. Uşaqları yemək və isti yerlə təmin edib çimizdirdik”.
Qeyd olunub ki, ana böyük qızını da aylar əvvəl evdən qovub, o da hazırda sığınacaqdadır.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın