22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi

 

Azərbaycan Respublikasının Prezidenti Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə dəstək olmuş, onların inkişafına dəstək olmuşdur. Ayrı – ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994 – cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb: “Bu nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin realllaşdırılmasını təmin etdi. Bütölükdə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997 – ci il fevralın 2 – də imzaladığl Fərmana əsasən, fevralın 2 – si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Hər il gənclərimiz bu günü böyük coşğu ilə qeyd edirlər”.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı – ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.

Ümummilli Lider Heydər Əliyevin davamçısı olaraq Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevdə gənclərə böyük diqqət və qayğı göstərməkdədir. Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil, azad Azərbaycan Respublikasının vətəndaşıdır. Bu gün gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.

Gənclərin bu gün göz qabağında olan müxtəlif sahələrdə qazandığı uğurlarının başlıca səbəbi təhsildir. Ümummilli Lider Heydər Əliyev, daha sonra ilə onun layiqli davamçısı olan Prezident İlham Əliyev təhsilin önəmini hər zaman dönə – dönə diqqətə çatdırmışdır.

Gənclər daima axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin qüvvədir. Müdriklər deyirlər ki, bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki gənclər mənsub olduqları xalqı təmsil edir. Azərbaycan gənci xalqına, dövlətinə və rəhbərinə sədaqətlidir. Azərbaycan gənci Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi seçən əsl vətəndaşlardır. Biz bu birliyi, sədaqəti 44 günlük müharibə zamanı müşahidə etdik. Azərbaycan xalqı gəncləri sayəsində 2020 – ci il 8 noyabr tarixində öz müstəqilliyinə qovuşmuşdur.

Bu gün iftixar və qürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli – mənəvi dəyərlərimizi, gözəl adət – ənənələrimizi qoruyub yaşadır. Bu gün Azərbaycan gəncliyinin səsi möhtəşəm uğurları ilə dünyanın bir çox ölkələrindən gəlir. Bunlar əlbəttə ki, hər bir azərbaycanlı üçün qürurvericidir.

 

Sürəyya Zeynalova

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın