İmişli RMX- sı hərbi çağırışçıların müayinəsində niyə əngəl yaradır?
İmişlidə Mərkəzi Rayon Xəstəxanasında rəsmən biabırçılıqdır, Oxuinfo.az-ın əldə etdiyi məlumata görə hərbi xidmətə yollanacaq çağrışçıları İmişli Səfərbərlik xidməti müayinədən keçmək üçün xəstəxanaya göndərir, xəstəxanada isə çağırışçılra bildirilib ki, xəstələrimiz çoxdur buna görə də sizə vaxt ayıra bilməyəcəyik. Saatlarla xəstəxananın həyətində gözləyən çağırışçılara məhəl qoyan yoxdur. Dəfələrlə İmişli rayon səfərbərlik və hərbi xidmətə çağırış şöbəsini rəhrliyi tərəfindən İmişli RMX-nın baş həkimi Azər Kazımova irad bildirilsə də heç bir nəticə əldə olunmayıb. Cənab baş həkimin nəzərinə çatdırmaq istəyirik ki, sizdən fərqli olaraq bu cağırışçılar vətənin ərazi bütövlüynü qorumağa və vətən uğrunda canlarından belə keçməyə hazırdırlar.
Əslində belə də olmalıydı, diş həkimini baş həkim qoyanda!
P.S. Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Hərbi Quluqçuların Statusu Haqqında Qanununun 13 maddəsinin 3- cü bəndində
qeyd edilir ki, Hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilir.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın