21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur

Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur

Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur

Litva Prezidentinin 2022-ci ilin mayın 18-də ölkəmizə rəsmi səfəri zamanı Prezidentlərin mətbuata bəyanatı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha Azərbaycan həqiqətlərinə diqqət çəkdi. Azərbaycanın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik mühitinin mövcud olmasında maraqlı olduğunu bildirən ölkə başçısı əməkdaşlıq üçün İkinci Qarabağ müharibəsindən sonra yeni imkanların yarandığını vurğuladı. Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayıb və işğalçılıq siyasətindən əl çəkmək istəməyib. Sülhdə maraqlı olması səbəbindən Azərbaycan danışıqlar prosesinə sadiq qalıb. Lakin Ermənistan davamlı olaraq təxribatlar törədib. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq edilmədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatında bu məsələyə diqqət çəkərək bildirdi ki, əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Təbii ki, Azərbaycan öz ərazilərinin işğalı ilə barışa bilməzdi və beynəlxalq hüquq normaları əsasında, xüsusən də BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən qətnamələrə əsaslanaraq Azərbaycan öz ərazisini işğaldan azad etdi. Bir sözlə, Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı və münaqişə hərbi-siyasi yolla öz həllini tapdı.
Artıq Azərbaycan regionda yeni reallıqlar yaradıb və bu reallıqlar sülhə, təhlükəsizliyə, eyni zamanda, əməkdaşlığa hədəflənib. Azərbaycan tərəfi hərbi əməliyyatlar bitən kimi öz mövqeyini bəyan etdi. Bu mövqe sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasından ibarətdir. Hətta ölkəmiz BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarını əsas tutaraq sülh müqaviləsinin imzalanması üçün Ermənistana 5 əsas prinsipdən ibarət təklif irəli sürdü. Bu 5 prinsipi rəsmi qaydada qəbul etməsinə baxmayaraq Ermənistan məsuliyyətsiz mövqe nümayiş etdirir. Belə ki, bu ölkə ayrı-ayrı tarixlərə təyin olunmuş iki görüşdə iştirakdan yayınmışdır. Ermənistanın görüşlərdən imtina etməsi narahatlıq və təəssüf yaradır. Lakin bu ölkə anlamalıdır ki, Azərbaycanın irəli sürdüyü 5 prinsipi yerinə yetirmək məcburiyyətindədir.

Vüsalə Kərimova – Zərdab şəhər 1 saylı məktəb-liseyin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın