22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq

Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq

Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq

Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə, Bakı-Culfa-Naxçıvan əsas dəmir yolları və magistral yollarının üzərində yerləşir. Rayon 1993-cü ildə oktyabrın 29-da təcavüzkar Ermənistan dövləti tərəfindən işğal olunmuşdu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun 2020-ci il 27 sentyabrda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri, eləcə də Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz strateji yüksəkliyi, bundan başqa Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik, 52 kənd düşməndən azad olundu.

Zəngilan rayonu da Şərqi Zəngəzur iqtisadi rayonun tərkibindədir. Bu iqtisadi rayon təbii ehtiyatlarla zəngin olan ərazimizdir. Orada qızıl, mis, inşaat materialları, dəmir ehtiyatları var. Bu ehtiyatlar nəticə etibarilə həmin ərazilərimizdə yeni istehsal sahələrinin, xüsusən də sənaye müəssisələrinin yaradılmasına imkan verəcək. Digər vacib məqamlardan biri Şərqi Zəngəzurun artıq müzakirə olunan və gələcəkdə formalaşdırılacaq Zəngəzur dəhlizinə çıxışı imkanlarıdır.

Bu il aprelin 26-da Prezidentimiz cənab  İlham Əliyev, birinci xanım Mehriban xanım Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanıldı. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

2021-ci ilin aprel ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib istifadəyə veriləcək.

 

Zərdab rayonu Lələağacı kənd űmumi orta məktəbin  műəllimi -Xəlilova Şəlalə

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın