22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Goranboyda deputat və başçı uşaqları təbrik etdi – FOTO

Goranboyda deputat və başçı uşaqları təbrik etdi – FOTO

Goranboy rayonu Heydər Əliyev parkında “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Goranboy Rayon İcra Hakimiyyətinin və Milli Məclisin deputatı Anar Məmmədovun birgə təşkilatçılığı ilə şəhid və qazi ailələrinin uşaqları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram tədbiri keçirilib.

Qafqazaz.com  xəbər verir ki, tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və ziyalıları, şəhid və qazi ailələrinin üzvləri iştirak edib.  

Anar Məmmədov “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə körpələri təbrik edərək,  dövlətimizin başçısının və ölkənin birinci xanımı Mehriban Əliyevanın uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd etmişdir.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də bu əziz gün münasibətilə uşaqları təbrik edib, Goranboy rayonunda son illər uşaqların hüquqlarının qorunması, onların sağlam böyümələri və mükəmməl təhsil almaları üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb. 

Daha sonra bayram tədbiri uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla və rəqslərlə davam etdirilib.

Sonda deputat tərəfindən 100-ə yaxın şəhid və qazi ailəsinin övladlarına bayram hədiyyələri təqdim olunub.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın