22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bu gün Silahlı Qüvvələr Gününü müzəffər xalq, qalib ölkə kimi qeyd edirik

Bu gün Silahlı Qüvvələr Gününü müzəffər xalq, qalib ölkə kimi qeyd edirik

Bu gün Silahlı Qüvvələr Gününü müzəffər xalq, qalib ölkə kimi qeyd edirik

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən il yarımdan artıq müddətdə hadisələrin xronologiyasına diqqət yetirsək dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin, həmçinin hər bir tarixi günü, bayramı bu torpaqlarımızda qeyd etdiyinin şahidi olarıq. Öz tarixi sahibinə qovuşan torpaqlarımızı ziyarət etmək, bu ərazilərin sakinləri ilə 28 illik işğal dövründə bütün çətinliklərə baxmayaraq milli kimliyimizi, qürurumuzu qorumaları barədə fikirlərini bölüşməkdən sevincli nə ola bilər? Ölkə Prezidenti İlham Əliyev növbəti dəfə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü işğaldan azad edilmiş torpaqlarımızda qeyd etdi, tarixi Zəfərimizi şərtləndirən amilləri, postmünaqişə dövrünün reallıqlarını bu məkanlardan bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. Ali Baş Komandanın qalib Sərkərdə kimi bu ərazilərə səfərləri xarici mətbuatda da geniş şərh olunur. Bu fikir xüsusi vurğulanır ki, hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanın müharibə taktikası dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərində hərbi dərsliklərə salınaraq öyrənilir. Bu, Azərbaycan xalqının öz doğma torpağına bağlılığını nümayiş etdirməklə yanaşı, dövlətimizin texnoloji proseslərə verdiyi önəmi də açıqlayır.

O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri, bu zaman Böyük Qayıdışa xidmət edən biri-birindən əhəmiyyətli infrastruktur və sosial obyektlərin təməl qoyma və açılış mərasimində iştirakı diqqəti xüsusilə cəlb edir. Ölkə Prezidenti Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış oldu. Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etdi. Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kilovoltluq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış oldu. Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edildi. Baş planda şəhərin müasirliyinin qədimliyi ilə vəhdətini qorumağa xidmət edən bütün addımlar öz əksini tapıb. Qeyd olunan səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyevə Kəlbəcər şəhərinin Baş planı təqdim edildi. Həmçinin Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoyub. Məqsəd həm işğal , həm də Zəfər dövrünün reallıqlarını ölkə ictimaiyyətinə, eyni zamanda, bu ərazilərə gələn xarici qonaqlara çatdırmaqdır.

Kəlbəcərdə yeni yaradılmış komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli dövlətimizin başçısı bir daha bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, bu gün Silahlı Qüvvələr Gününü müzəffər xalq, qalib ölkə kimi qeyd edirik. Bu günü yaşamağımız üçün təbii ki, güclənməli, qüdrətlənməli idik. Çünki bu gün dünyada güc amili ön plandadır.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın