22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qarşılıqlı fəaliyyətin önəmli meyarları

Qarşılıqlı fəaliyyətin önəmli meyarları

Qarşılıqlı fəaliyyətin önəmli meyarları

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29.06.2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmişdir. Cənab Prezident toplantıda çıxışı zamanı bir şox vacib məsələlərə toxunub. İlk növbədə qeyd olunmuşdur ki, Azərbaycan Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi Xəzəryanı dövlətlərin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsi nəticəsində bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minibdir.
Xəzər hövzəsində həqliyyat infrastrukturunun inkişafından bəhs olunarkən qeyd olunmuşdur ki, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması Xəzəryanı ölkələr arasında əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
Cənab Prezident Azərbaycanın Xəzər hövzəsində nəqliyyat və loqistika sahəsində ğzünəməxşuş yer tutduğunu bildirərək demişdir:”Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq” Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə olunur. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları diqqətə çatdıran , bölgədə dövlətlərin iqrisadi inkişafı , səmərəli əməkdaşlığın təşkili üçün mühüm amillərdən biri olan nəqliyyaq infrastrukturunun yenilənməsinin vacibliyindən bəhs edən cənab Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı Azərbaycanın göstərdiyi səyi bir cümlə ilə ifadə etdi: “Zəngəzur dəhlizi artıq reallığa çevrilir”.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın