Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər
Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ilk növbədə Xəzəryanı ölkələrlə münasibətlərin qurulmasında mühüm işlər görüldü. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanmışdır. Bu gün Azərbaycanda daxil olmaqla Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Xəzəryanı dövlətlər arasında qurulmuş qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, digər dövlətlər kimi Azərbaycan dövlətinində xarici siyasətində əsas prioritetləri istiqamətlərdən biri olaraq qalmaqdadır. Ölkə başçısının apardığı uğurlu balanslı siyasət nəticəsində Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri qurulmuş bu münasibətlər günü gündən dinamik şəkildə inkişaf etməkdədir.
Əvəz Soltanov
Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini