22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

Azərbaycanın qələbəsi ilə yekunlaşan Vətən müharibəsi təkcə torpaqlarımızın işğaldan qurtulması ilə deyil, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın blokadadan azad olunması ilə nəticələndi. Bu tarixi nəaliyyətin önəmi zaman keçdikcə daha aydın şəkildə özünü biruzə verəcək.Hazırda nəinki Azərbaycanı,habelə bütün türk dünyasını qovuşduran Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır.
44 günlük Vətən müharibəsinin uğurlarından biri Naxçıvandan birbaşa Azərbaycana uzanan yeni dəhliz -Zəngəzur dəhlizinin siyasi önəmi ilə yanaşı iqtisadi potensialı yüksək qiymətləndirilir. Azərbaycanın cənubunda dəmir yolu və avtomobil yolu infrastrukturunun yaradılması iqtisadiyyatın inkişafına səbəb olan Zəngəzur dəhlizi, mövcud dəhlizlərin də şaxələndirilməsinə təkan verəcək. Eyni zamanda Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsinə də şərait yaradacaq. Zəngəzur dəhlizi Azərbaycanın tranzit mövqeyini də gücləndirəcək. Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq
Dəhlizin istifadəyə verilməsi Azərbaycanı nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin dəhlizlərin regional hissəsinin inkişafına maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışına da dəstək verəcək. Zəngəzur dəhlizinin açılması Avropa və Asiya ,eləcə də əks istiqamətdə daşınan yüklərin intensivliyini təmin edəcək, digər tərəfdən bu region üçün sülh gətirib, daima sülhün, humanitar dəstəyin təminatçısı olacaq, bütövlükdə region iqtisadiyyatına zaman-zaman öz töhfəsini verəcək. Ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaq,ən əsası türk dünyası uzun illərdən sonra Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Son olaraq Brüssel görüşü zamanı əldə olunan razılaşmalara əsasən atılan ilkin addımlar artıq bir nümunədir. Tərəflər bu məsələləri diplomatik yolla həll etməyə çalışırlar. Zəngəzur dəhlizinin açılması, tezliklə bu məsələnin həlli, regional sülhü bərqərar edəcəkdir.

Çinarə Fərəcova – Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın