21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Özəlləşdirmə çekləri ilə bağlı Baş nazirə açıq məktub

Özəlləşdirmə çekləri ilə bağlı Baş nazirə açıq məktub

Əlində çeki qalan vətəndaşların hüquqlarının bərpası üçün hansı formada kompensasiya ödənməlidir?

Cənab Baş nazir! Siz eyni zamanda dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının sədrisiniz. Bu səbəbdən iki sualı Sizə ünvanlayaraq, şəxsən cavablandırmağınızı xahiş edirik. Suallara keçməzdən qabaq mövzuya dair ətraflı məlumatların yer aldığı aşağıdakı materiallarla tanış olmağınızı təvəqqe edirik:

Material 1-ə keçidmaterial 2-yə keçidmaterial 3-ə keçidmaterial 4-ə keçid

Cənab Baş nazir, indi isə suallarımızı diqqətinizə çatdırırıq:

1.Milli Məclisin xeyli sayda üzvü, hüquqşünaslar, mütəxəssislər özəlləşdirmə çeklərinin bu gün də qüvvədə olan dövlət qiymətli kağızları olduğunu bildirirlər. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuata son açıqlamasında özəlləşdirmə çeklərinin tədavülünün 31 dekabr 2010-cu ildə başa çatdığı qeyd olunur. Siz necə hesab edirsiniz: vətəndaşların əlində qalan və indiyədək satmayaraq ümidlə gözlədikləri özəlləşdirmə çekləri dövlət qiymətli kağızlarıdırmı?

2.Özəlləşdirmə çekləri dövlət qiymətli kağızları hesab olunursa, nə vaxt dövriyyədən çıxarılacaq və dövriyyədən çıxarılması fonunda əlində çeki qalan vətəndaşların hüquqlarının bərpası üçün hansı formada kompensasiya ödənməlidir?

Öncədən təşəkkür edirik.

Hörmətlə Özəlləşdirmə Çekləri qrupu

https://www.facebook.com/groups/668471343515846?__cft__%5B0%5D=AZUIZ0iAfIo0sIZq-VlU-RhcvxzxIeo_gsl4DtsDGaGH_lw2h_99mCfsRtv_azfetert4ryf08DFqQly89PD7guJbE2WRBdRTwBF-SQO7V_ql_fz0RJsDeizUPKdEm4Vo8Fb5PT6YIbEPkgOTV3yIMF1&__tn__=-UK-R

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın