22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qlobal proseslər yeni münasibətlər qurmaq üçün tarixi imkanlar yaradır

Qlobal proseslər yeni münasibətlər qurmaq üçün tarixi imkanlar yaradır

Qlobal proseslər yeni münasibətlər qurmaq üçün tarixi imkanlar yaradır

 Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri münasibətlərimizin daha da inkişafına təkan verəcək.

Səfər zamanı hər iki ölkənin rəhbərləri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə edib, dövlətlərarası sənədlər imzalanıb: “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. Dövlətimizin başçısı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daha da güclənməsinə böyük önəm verildiyini diqqətə çatdırıb. İmzalanan sənədlər arasında iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd bizim münasibətlərin gələcək xarakterini və formasını müəyyən edir. Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Qazaxıstan Respublikasının Prezidenti iki ölkə arasında əməkdaşlığın daha fəal şəkildə davam etdirilməsinin vacibliyinə diqqət çəkib. Qazaxıstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şəraitin mövcudluğunu qeyd edən ali qonaq iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması istiqamətində Prezident İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirib. Prezident İlham Əliyevin qazaxıstanlı həmkarı tərəfindən “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi isə Qazaxıstan dövlətinin ölkəmizin başçısının fəaliyyətinə, dünyadakı nüfuzuna verilən dəyərdir”.

Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər qədim tarixə malikdir. Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr davamlı olaraq inkişaf edir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Bu gün dünyada baş verən dərin proseslər bizə yeni münasibətlər qurmaq üçün tarixi imkanlar yaradır. Biz Türk Dövlətləri Təşkilatı müstəvisində də fəal əməkdaşlıq edirik. Türk dünyasında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur, öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Qazaxıstan Prezidenti bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün göstərdiyi fəaliyyəti, ərazi bütövlüyümüzün bərpası istiqamətindəki qətiyyətli mövqeyini xüsusi qeyd edib. İşğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən yaradıcılıq mərkəzinin tikilməsi isə qardaşlıq münasibətlərinin növbəti nümunəsidir. Hesab edirəm ki, qarşılıqlı səfərlər, aparılan görüşlər və verilən qərarlar bu hədəfə çatmağımızda mühüm rol oynayacaq. Nəzərdə tutulan layihələrin reallaşdırılması birliyimizi daha da möhkəmləndirəcək.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın