22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi

İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi

Prezident cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi

İtaliya Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb və ölkələrimiz arasında həmin il mayın 2-də diplomatik münasibətlər qurulub. Həmin vaxtdan etibarən əlaqələrimiz davamlı olaraq yüksələn xətlə inkişaf edir. Cənab Prezidentin İtaliyaya ilk dövlət səfərinin status, imzalanmış sənədlərin kəmiyyəti və keyfiyyəti, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması və iqtisadi-ticari, hərbi-texniki, mədəni əlaqələr baxımdan müstəsna əhəmiyyəti var. Bu, Azərbaycan dövləti başçısının İtaliyaya ilk dövlət səfəridir. Əvvəlki illərdə cənab Prezident üçün rəsmi, ikisi isə işgüzar olmaqla beş dəfə İtaliyada səfərdə olub. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella da 2018-ci ilin iyulunda Azərbaycana ilk rəsmi səfərini edib. Dövlət səfəri status baxımından səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Eyni zamanda, bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da ölkəmizə və onun Prezidentinə göstərilən xüsusi hörmətdən irəli gəlir. Səfər zamanı Azərbaycanın dövlət başçısına və birinci xanımına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərildi. Bunu istər dövlət başçımızın səfərinin təşkilati-protokol aspektlərinin hər bir incəliyinə qədər düşünülmüş olması, istərsə də səfərin proqramının zəngin olmasında müşahidə etmək olar. Səfər çərçivəsində Prezident İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşü, habelə Nazirlər Şurasının Sədri (Baş Nazir) Cüzeppe Konte, İtaliya parlamenti Senatının və Deputatlar Palatasının sədrləri ilə görüşləri keçirilib.

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi. Belə ki, hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Yüksək səviyyədə olan siyasi əlaqələrimiz var. Təcrübə göstərir ki, ölkələr arasında siyasi əlaqələrin mükəmməlliyi digər vacib istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradıb.

İkitərəfli formatda strateji tərəfdaşlıq əlaqələri ilə yanaşı, ölkələrimiz çoxtərəfli müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən çox vacib ölkədir. İtaliya dünyanın 7-ci iqtisadiyyatı olaraq “Böyük Yeddiliyin”, Avropa İttifaqı və NATO kimi təşkilatların üzvüdür, beynəlxalq münasibətlərdə öz çəkisi və rolu olan ölkədir.

Görüşlərdə İtaliya tərəfindən Azərbaycanın çox vacib regionda yerləşməsi, çətin bir regionda yerləşməsinə baxmayaraq, çox uğurlu siyasət aparması və qonşu ölkələrlə sıx münasibətlər qurması, habelə ölkəmizin dünyəvilik ənənələri vacib amillər kimi qeyd olundu.

 

 Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın