23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir

Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir

 “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilir. Hazırda respublika ərazisində müxtəlif dəhlizlər üzrə yükdaşımalarda artım müşahidə edilir. Son dövrlərdə iqtisa­diyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli tədbirlər həyata keçirilir, modern nəqliyyat infrastrukturu yara­dılır, tranzit potensialı artırılır. Bütün bunlar isə Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyası­nın tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Daşınma həcmlərinin artması ilə bağlı hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin layihələndirmə işləri aparılır.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın