22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir

Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir

Diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir. Bu münasibətlərə daimi qarşılıqlı etibarın mövcudluğu, ikitərəfli maraq kəsb edən bir çox aktual beynəlxalq və regional məsələlər üzrə mövqelərin yaxınlığı və ya onların tam üst-üstə düşməsi xarakterikdir. Qırğızıstan Respublikası və Azərbaycan Respublikası daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa və ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsinə diqqət yetirir.

11 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki dövlət arasında “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında”  imzalanmış Saziş iki ölkə arasında  qarşılıqlı və ikitərəfli əməkdaşlığın bariz nümunəsidir.Bu İnkişaf Fondu beynəlxalq təşkilat olacaq. Bu fond beynəlxalq müqavilələr bağlamaq hüququna malik olan beynəlxalq hüququn subyekti olacaq. İnkişaf Fondu Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək, iqtisadiyyatı modernləşdirmək və inkişaf etdirmək məqsədilə yaradılıb. Birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Onun mənzil-qərargahı Bişkekdə yerləşəcək. Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın aktivləşməsi və genişlənməsinə təkan verəcək.

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlər və borclar verəcək, kapitalda iştirak edəcək və digər maliyyə alətlərindən istifadə etməklə, o cümlədən aşağıdakı sahələr üzrə təsisçilər üçün prioritet layihələrə investisiya qoyacaq: aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, təbii qaz sənayesi, geyim və tekstil sənayesi, mədənçıxarma və metallurgiya sənayesi və s.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın