Gəncliyə Dəstək İB “Zəfərə aparan vətənpərvərlik” adlı layihəsinin təqdimatını keçirdi-FOTO
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfərə aparan vətənpərvərlik” layihəsinin Təqdimatı həyata keçirib. Layihənin təqdimatı Zərdab rayon Heydər Əliyev Mərkəzində 75 məktəbli gəncin iştirakı ilə təşkil olunub.
Qanunla.Az xəbər verir ki, tədbirdə Vətən Müharibəsi qazisi İlkin İbrahimov, iştirakçısı Rahil Həsənov, 1 saylı tam orta məktəbin Hərbi rəhbəri Rüfət Cəfərov, Zərdab rayon Gİİ nümayəndəsi Bahar Qurbanova çıxış ediblər.
Təşkilatın sədri Vəfa Xəlilli və sədr müavini Eldar Xəlilov donor, təşkilat və layihə haqqında, eyni zamanda “Zəfərə aparan vətənpərvərlik” adlı inşa yazı və rəsm müsabiqəsinin elanını verdilər.
Layihə 3 ay olmaqla Zərdab rayonunda həyata keçiriləcək.
Layihənin məqsədi qələbənin təbliği,gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onlarda qələbə tarixinin unudulmazlığının təmin olunması, gənclərə zəfərə aparan vətənpərvərliyi çatdırmaqdır.
Vətənpərvərlik – vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Məqsədimiz Gənclər arasında bu ideologiyanın təbliğidir.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli