22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İstiqlal ideologiyamızın üç təməl prinsipi

İstiqlal ideologiyamızın üç təməl prinsipi

Məlum olduğu kimi, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.  Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir.

Fərəh hissi ilə qeyd edilməlidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, eyni zamanda, regionun müstəqil siyasət yürüdən bir dövlətidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevinhəyata keçirdiyi siyasətin əsas qayəsini milli kimliyin qorunması ilə müasir ənənələrin ölkəmizdə tətbiqinin vəhdəti təşkil edir. İlk dəfə Ulu Öndərin fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində dalğalanan bayrağımız indi beynəlxalq təşkilatlarda, mühüm beynəlxalq tədbirlərdə, mötəbər mərasimlərdə, ictimai-siyasi toplantılarda öz görkəmli yerini qoruyub saxlayır. Üçrəngli bayrağımız müxtəlif mədəniyyət tədbirlərində və idman yarışlarında qaldırılaraq milli birliyimizi təcəssüm etdirir, bütün soydaşlarımızın qəlbini qürur hissi ilə doldurur. Preziden cənabt İlham Əliyevin sözləri ilə desək: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”

Elvin Xəlilov-Zərdab rayonƏlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın