Siyasi sabitliyin qorunması və siyasi sistemin dayanıqlı inkişafı üçün təhdid yaradan önəmli amil
Siyasi sabitliyin qorunması və siyasi sistemin dayanıqlı inkişafı üçün təhdid yaradan önəmli amil
“Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürüdür. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır. Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Belə ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun “dialoq” məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir. Ölkəmizdə təşviq olunan dialoq siyasətinin məzmunu dialoqu sadəcə siyasi dəyər kimi təşviq olunması formatından, dialoqu siyasətdə demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul etdirmək formatına qədər transformasiyaya uğrayıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov
Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir
Bu gün Azərbaycanda Prezident cənab İlham Əliyevin iradəsi ilə reallaşdırılan islahatların nəticəsi olaraq iqtidar-müxalifət ünsiyyəti, siyasi dialoq mühiti formalaşıb. 60 yaxın siyasi partiyadan 50-yə qədəri siyasi dialoq prosesində iştirak edir, siyasi və ictimai sahədə reformaların dərinləşdirilməsi ilə əlaqədar fikir və təkliflərini irəli sürürlər. Xüsusilə də, “Siyasi partiyalar haqqında” qanunda, QHT-lərin fəaliyyətinə dair qanunvericilikdə dəyişikliklərin edilməsi, yeniliklərin tətbiq olunması müzakirə edilməkdədir. Yəni, hakimiyyət tərəfindən elə azad və demokratik ortam formalaşdırılıb ki, siyasi partiyalar sərbəst şəkildə qanun yaradıcılığı prosesində iştirak edirlər. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər. Siyasi dialoq həm də bir milli birlikdir, siyasi bütövlükdür. Siyasi dialoq prosesi milli məsələdir və partiyaların bu tendensiyada iştirakı da milli inkişafa xidmət edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Həmçinin, siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşmaqdadır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova
Açıq və demokratik rəqabətə çağırış
Prezident cənab İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətləri qurulmuşdur. Bu münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulmuş, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə olunan sivil formaya keçidin önə çəkilmiş, hörmət əsaslı siyasi rəqabət və qarşılıqlı dinləmə üzərində yeni siyasi mədəniyyət formalaşmış, təkcə iqtidarla müxalifət arasında deyil, müxalifət partiyaları arasında da qarşılıqlı anlaşma və sivil rəqabət mühiti, sağlam əməkdaşlıq meydana gəlmişdir. Azərbaycan siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli danışıqların və müzakirələrin baş tutması, ölkədə siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik yaranması və bütün bunların nəticəsi olaraq artıq Azərbaycanda sağlam siyasi dialoq mühiti formalaşmaqdadır. Siyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır. Bu gün ölkədə həyata keçirilən siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaradıb. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını veriblər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır. Prezident cənab İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova
Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir
Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul edilməsi Prezident cənab İlham Əliyevin zəhmətinin nəticəsidir. Azərbaycan bu illər ərzində dünya tərəfindən çox etibarlı tərəfdaş kimi qəbul edilib onun nüfuzu dəfələrlə artırılıb. Effektiv idarəetmə sisteminin qurulması üçün mühüm işlər görülüb, müvafiq yol xəritələri hazırlanıb. İdarəetmədə yeniliklərlə yanaşı, sosial sahədə də uğurlu addımlar atılıb. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, neft və qaz asılılığının azaldılması istiqamətində fəal çalışır. Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməklə ölkəmizi dünyaya tanıdıb. Bu addımlar ölkənin turizm, iqtisadi, mədəni potensialını dünyaya açıb, eyni zamanda investisiya imkanlarını nümayiş etdirib. Azərbaycanın həyata keçirdiyi vacib missiyalar ölkəmiz haqqında müsbət fikirlər formalaşdırıb, dünyada ona etibarlı tərəfdaş və dost kimi inamı artırıb. Azərbaycanın dünyada tanınması xalqımıza da rəğbəti artırıb. Bütün bunlar Ölkə Başçısının yeritdiyi düzgün, praqmatik, və uğurlu siyasətin nəticəsidir. Dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə obyektiv siyasi şərhlərin, həmçinin maarifləndirmə və təbliğat işlərinin aktuallığı xüsusi olaraq artır.
Azərbaycanda yaşanan milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Böyük Qələbəni xatırlamaq yerinə düşərdi. Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir müsbət siyasi iqlim yaranmışdı. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi torpaqlarımızın işğaldan azad edilməsi. Azərbaycan iqtidarı buna nail oldu. Bu gün isə qarşıda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova
İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir
Yarandığı vaxtdan dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı kimi çıxış edən Yeni Azərbaycan Partiyası xalqın rifahının inkişafına xidmət edən ən mütərəqqi siyasi təşkilat kimi qısa müddət ərzində geniş xalq kütləsinin dəstəyini qazandı. Partiyanın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. YAP yarandığı ilk gündən Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin formalaşmasında və inkişafında, eləcə də Azərbaycanın tərəqqisində müstəsna rol oynayan aparıcı siyasi qüvvədir. Bu gün ölkəmizdə davamlı olaraq müşahidə olunan dinamik inkişaf, sürətlə dəyişən reallıqlar və müəyyən olunan yeni obyektiv amillər Yeni Azərbaycan Partiyasının Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların effektivliyini vurğulayır və bu islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Hazırda Yeni Azərbaycan Partiyasının qarşısında duran mühüm vəzifələrdən biri də partiyalar arası siyasi dialoqu stimullaşdırmaqdır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi və siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malik olacaqdır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova