Tariximizin yeni inkişaf mərhələsi
Tariximizin yeni inkişaf mərhələsi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik, 100 illik yubileyləri ilə bağlı imzaladığı Sərəncamlar dövlətçilik tariximizə ehtiramın təzahürü kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məqamlara toxunaraq demişdi ki, bu il –2018-ci il Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib: “Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir”.“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qürurla dediyi bu fikirlər Azərbaycan əsgərinin hərbi xidmətinin mənəvi davamıdır. Bu qürur qurucusu Heydər Əliyev olan müasir Azərbaycanın xələfi olan Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı olan qüruru da yaşadır…Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar oldu. Xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.Azərbaycan Demokratik Rspublikasının dövlətçilik atributlarından olan üçrəngli bayraq ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”-Heydər Əliyev belə deyirdi..İstiqlal bəyannaməsi abidəsi dövlətçilik ənənələrinə sadiqliyin rəmzidir. 2007-ci mayın 25-də Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı da, çıxışı da böyük qürurla qarşılandı.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli oldu. Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinə həmişə ehtiram göstərilir. dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı”nın təsis olunması da bu ehtiramın təzahürüdür.
Zərdab Gənclər evinin psixoloqu-Cəvahir Murtuzayeva.
“Azərbaycan Xalq Cümhuriyyəti İli”
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ölkəmizin dövlətçilik tarixinin mühüm bir səhifəsini təşkil edir. Cəmi 23 ay yaşayan AXC həmin dövrdə müsəlman Şərqinin ilk demokratik respublikası olaraq insan hüquq və azadlıqlarının qorunması, eləcə də digər istiqamətlərdə mühüm qərarlar qəbul etmişdi.Vurğulamaq lazımdır ki, AXC-nin süqutundan 71 il sonra yenidən müstəqillik əldə edən Azərbaycan xalqı 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevi Azərbaycan siyasi hakimiyyətinə dəvət etməklə tarixin təkrarlanmasına imkan vermədi. Beləliklə, Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev sayəsində ölkəmiz öz müstəqilliyini qoruyub saxlamağa və möhkəmləndirməyə nail oldu. Hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirən Ulu öndərimiz Heydər Əliyev AXC-nin 85 illiyi münasibətilə xalqa müraciətində müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi.AXC-yə münasibətdə göstərilən dərin ehtiram və diqqət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2007-ci ildə Bakıda “İstiqlaliyyət Bəyannaməsi” abidəsinin açılışı oldu. Açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci il mayın 28-də Tiflisdə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dünya miqyasında tarixi hadisə adlandırdı. 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalaması isə bir daha AXC-yə yüksək ehtiramın göstəricisidir. Vurğulayaq ki, Sərəncamda 1918-ci il mayın 28-də qurulan və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı önə çəkilib. Sərəncamda həmçinin AXC-nin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilmişdir.Azərbaycan Xalq Cümhuriyyəti hələ ötən əsrin əvvəllərində Azərbaycan xalqının demokratik, insan hüquq və azadlıqlarına hörmətlə yanaşan bir xalq olduğunu ortaya qoya bilmişdi: “Azərbaycanda qadınlar bir sıra Avropa ölkələrindən daha əvvəl seçki hüququ əldə ediblər. Bizim fəxr edə biləcəyimiz bir keçmişimiz və dövlətçilik ənənəmiz var. Ulu öndərimiz Heydər Əliyev müasir dövlətimizin məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi. Biz bu gün bir daha öz keçmişimizə sahib çıxdığımızı ortaya qoyuruq. Prezident İlham Əliyevin məlum Sərəncamı Azərbaycanın demokratik inkişafının dünyaya daha geniş təbliğ olunmasına yaxından kömək göstərəcək. İnanıram ki, bu il ərzində mühüm tədqiqatların, elmi işlərin şahidi olacağıq və xaricdə keçiriləcək tədbirlərdə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağla bağlı məsələlər yenidən aktuallıq kəsb edəcək”.
Zərdab Gənclər evi SXM-in əməkdaşı-Toğrul Abulov.
Dünyəvi və parlamentli respublika.
Çar Rusiyası bir dövlət kimi tarixin səhifələrindən silinən kimi, onun müstəmləkəsinə çevrilmiş bir çox xalqlar müstəqillik uğrunda mübarizəyə başlamış, bu mübarizənin ön cərgələrində isə Aərbaycan xalqı yer tutmuşdur. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun-parlamentli respublikanın yaradılacağından xəbər verirdi. 1918-ci ilin 28 mayında Azərbaycan Demokratik Cümhuriyyətinin İstiqlal Bəyənnaməsi elan edildi və beləliklə, nəinki Zaqafqaziyada, o cümlədən bütün müsəlman aləmində ilk müstəqil dövlətin təməli qoyuldu. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər-Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsirləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı. Bu dövlət siyasi çarpışmalar və çox çətin beynəlxalq şəraitdə qurulmuşdur. Hər tərəfdən bu müstəqil dövlətə siyasi, iqtisadi və hərbi təzyiqlərin güclənməsi şəraitində Cümhuriyyətin ömrü yalnız 23 ay oldu. Lakin bu 23 ay ərzində Azərbaycanda böyük işlər görüldü, ölkəmiz beynəlxalq aləmdə tanındı, ilk dəfə Azərbaycanda demokratik ənənələrə söykənən qanunlar qəbul edildi, ölkəmizdə milli Ordunun əsası qoyuldu, ölkədə asayişin qorunması üçün ilk milis dəstələri yaradıldı, ədliyyə sistemi quruldu. Şərq aləmində ilk parlament məhz Azərbaycanda fəaliyyətə başladı. Ölkəmiz müstəqillik əldə edəndən sonra ana dili dövlət dili səviyyəsinə qaldırıldı, milli mətbuat, təhsil, səhiyyə və digər sahələr fəaliyyətə başladı. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.
Zərdab Gənclər evi SXM-in metodisti–Cəlal Mecidli.