Novruz bayramı ərəfəsində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid ailələrini evlərində ziyarət etmişdir.
Qanunla.Az xəbər verir ki, Novruz bayramı münasibətilə Salyan Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin, qazilərin ailələri ziyarət edilmiş və onlara bayram sovqatları paylanılmışdır.
Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.
Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndirmişlər.