22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Anar Məmmədov: İlham Əliyev ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı

Anar Məmmədov: İlham Əliyev ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı

Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin dörd ili tamam olur. Xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi. Seçkilərin nəticələrinə əsasən İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dövlət başçısı həmin seçkilərdən sonra andiçmə mərasimində qeyd etdi ki, “Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”. Ötən dörd il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi. Beləliklə, cənab İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl etdi, Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirdi.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Möhtərəm Prezidentimiz İlham Əliyevin son 19 ildə fəaliyyətinin əsasında dövlətə, xalqa  xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək amalı dayanıb. 2003-cü il oktyabrın 1-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev xalqa müraciətində bu əminliyi ifadə etmişdir ki,  həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

    Cənab İlham Əliyevin 19 illik fəaliyyəti, yeni inkişaf modeli əsasında Azərbaycana davamlı uğurlar qazandırması  bu inamın, etimadın real həyatda təsdiqidir. Son 19 ilə qısa nəzər salanda  dövlətimizin başçısı İlham Əliyevin  həyata keçirdiyi  siyasətin  strateji hədəfinin  güclü Azərbaycan dövlətinin formalaşdırılması,  ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, müasir iqtisadi, sosial və mədəni infrastrukturun yaradılması, əhalinin sosial rifahının təmin edilməsi, sosial dövlət konsepsiyasının  inkişaf etdirilməsi,  ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsi,  güclü və müasir ordunun yaradılması, ümumiyyətlə, bu məqsədlərə çataraq yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olduğunu görürük.  Cənab İlham Əliyevin islahatlar kursu ölkəmizin hərtərəfli inkşafını təmin etdi, ən əsası “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini reallığa çevirdi.

Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin pik nöqtəsi məhz – 10 noyabr 2020-ci iloldu. Həmin gün Ermənistanın 30 illik işğalçı siyasətinə, hegemonluğuna son qoyulduSentyabrın 27-də Ermənistanın başladığı müharibə 44 gün sonra – noyabrın 10-da başa çatdı. Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü və təslim aktını imzalamağa məcbur etdi. Həmin gün ölkəmiz üçün unudulmaz tarixi bir gündür. Həmin gün imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtəni qoydu. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən,  güc toplayan Azərbaycan xalqı, onun rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovdu, üçrəngli bayrağımızı  işğal altında olan bütün torpaqlarımızda dalğalandırdı, ərazi bütövlüyümüzü bərpa etdi,   Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu.  Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, bütövləşdi. Azərbaycan Prezidenti İlham Əliyev bu Zəfərin memarı, İkinci Qarabağ müharibəsinin  əsl qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı. 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın