23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Konvensiyada Xəzəryanı dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinə önəm verilir

Konvensiyada Xəzəryanı dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinə önəm verilir

Konvensiyada Xəzəryanı dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinə önəm verilir

Konvensiya əsasında tərəflər dənizdə beynəlxalq terrorçuluq və onun maliyyələşdirilməsi, silah, narkotik vasitələrin qanunsuz dövriyyəsi, brakonyerliklə mübarizə, dənizlə miqrantların qanunsuz gətirilməsinin, eləcə də digər cinayətlərin qarşısının alınması sahəsində əməkdaşlıq edirlər. Yeri gəlmişkən, diqqətə çatdırmaq istərdim ki, V Zirvə toplantısı çərçivəsində Xəzər dənizində insidentlərin qarşısının alınması, dənizdə terrorçuluq, mütəşəkkil cinayətkarlıqla mübarizə, sərhəd qurumlarının əməkdaşlığı, həmçinin nəqliyyat və ticari-iqtisadi əməkdaşlıq məsələlərini tənzimləyən müqavilələr də imzalanıb. Bu, bütövlükdə Xəzəryanı dövlətlərin dənizdə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinə verdiyi önəmin göstəricisidir.
Konvensiyanın effektiv yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin nəzərdən keçirilməsi məqsədilə dövlət başçıları tərəfindən Xarici İşlər nazirliklərinin himayəsi altında xarici işlər nazirlərinin müavinləri/Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələri səviyyəsində beştərəfli müntəzəm məsləhətləşmələr mexanizmi yaradılıb. Bu mexanizm Konvensiya ilə bağlı məsələlərin həlli və ondan irəli gələn öhdəliklərin icrasına nəzarəti həyata keçirəcək. Onu da qeyd etmək istərdim ki, müvafiq İşçi Qrupunun ilk iclasının cari ilin payız aylarında Azərbaycanda keçirilməsinə dair razılıq əldə olunub. Hazırda bu qrupun qarşısında qoyulan əsas vəzifə düz çıxış xətlərinin müəyyən metodikasına dair sazişin işlənib hazırlanmasından ibarətdir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın