Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir
Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir.
Vətənimizin ərazi bütövlüyü hər bir Azərbaycan vətəndaşı üçün vacib bir məsələdir.Biz bir xalq olaraq bunu Qarabağ uğrunda savaşlarda sübut etdik.Minlərlə vətəndaşımız silaha sarılıb Ana Vətəni üçün vuruşdu,şəhid,qazi oldu.Müharibədən sonrakı dövrlərdə həm Birinci ,həm də İkinci Qarabağ döyüşlərində şəhid və qazi olanlar dövlət qayğısından kənarda qalmadı, əksinə,dövlətimizin diqqət və qayğısı ilə əhatə olundular.Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri ilə dövlət birbaşa məşğul oldu.Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri,müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təmin olunması dövlət proqramı təsdiqlənib.Bu günə kimi bu kateqoriyadan olan 13 mindən çox insan mənzil və ya fərdi evlərlə təmin olunmuşdur. Bunun , təxminən, 3500-dən çoxu müharibədən sonrakı dövrdə verilmişdir. Həmçinin qazilərin sağlamlığının qorunması, onların protezlərlə təmin olunması, lazım gəldikdə hətta xarici ölkələrdə belə müalicəsi üçün mühüm addımlar atılmışdır.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Bütün görülən bu işlər,həyata keçirilən layihələr şəhid ailələri,qazilərə göstərilən ehtiramın,qayğının və diqqətin dövlətin onlara sevgisinin göstəricisidir və yürüdülən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müharibə iştirakçılarına, şəhid ailələrinə , qazilərə, veteranlara dövlət qayğısının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.Ümummilli liderimizin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, dövlət siyasəti hal-hazırda onun siyasi kursunun layiqli davamçısı ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir .
Zərdab şəhər 2 saylı məktəbin direktoru-Piralı Əliyev