22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Siyasi uzaqgörənliyin gətirdiyi uğur

Siyasi uzaqgörənliyin gətirdiyi uğur

Siyasi uzaqgörənliyin gətirdiyi uğur.

Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafını, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları həm də milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər ruhda formalaşdırmışdır. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.Xalqımızın Ulu Öndəri Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin. 27 sentyabr 2020-ci il tarixindəErmənistan silahlı qüvvələrinə qarşı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə başlanan əks-hücum əməliyyatı 30 il davam edən erməni işğalına son qoydu. 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkəmizdə və onun hüdudlarından kənarda sarsılmaz gücümüzü real təcrübədə gördük.Əlbəttə, güclü Azərbaycan dövlətinin yaradılması ulu öndər Heydər Əliyevin dəst-xəttidir.

Bu gün dövlətimizin dünyada söz sahibi olması, regionda sülhün, əminamanlığın təmin olunması, koronavirus pandemiyası şəraitində insanlarımızın sağlamlığının qorunması üçün respublikaya lazımi qədər vaksinlərin gətirilməsi, vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində iri miqyaslı layihələrin gerçəkləşdirilməsi və s. ulu öndər Heydər Əliyevin dəsti xəttinin uğurla davam etdirilməsi sayəsindədir.Məlum olduğu kimi, Ermənistanda fərariliyin baş alıb getdiyi, gənclərin ordudan yayındığı halda minlərlə Azərbaycan gəncinin Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevə olan güvəni sayəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində qeydiyyatdan keçərək, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə yollanması Azərbaycan xalqının öz prezidentinə, öz liderinə olan inamını, xalq-dövlət birliyini bütün dünyaya nümayiş etdirdi. Dövlətlə xalqın bu sarsılmaz birliyi yeni dövrdə Azərbaycanın firavan gələcəyinin qarantıdır.

 

Zərdab rayon  Çallı kənd tam orta məktəbin direktor müavini- Ariz Pənahov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın