22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Nəticələrə hədəflənmiş əməkdaşlıq

Nəticələrə hədəflənmiş əməkdaşlıq

Azərbaycan bu gün zəngin və özünü təmin edən bir ölkə kimi öz gücünə arxalanaraq əmin addımlarla irəliyə doğru gedir və öz gələcəyini qurur.Azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik iki xalqdır.Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuş, elə həmin dövrdə də aralarında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.Qırğız xalqı müstəqilliyin ilk günlərindən etibarən qardaş Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini tanımışdır.Diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir.Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında sıx əlaqələrin yaradılması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə baş tutub. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gündə bu əlaqələri davam etdirir. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Qırğızıstan Respublikası və Azərbaycan Respublikası daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa və ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsinə diqqət yetirir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi səmərəli siyasət Qırğızıstan və Azərbaycan arasında münasibətlərin gözəl gələcəyinə, perspektivlərinə dərin inam hissi oyadır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov ilə geniş tərkibdə görüşləri zamanı həmişə onu qeyd edir ki,artıq qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması şəraiti mövcuddur. Yaradılan dövlətlərarası Şura ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcəkdir. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrini,istilik elektrik stansiyalarının yaratması, təcrübədən Qırğızıstan iqtisadiyyatının enerji sektorunda Azərbaycan şirkətləri tərəfindən istifadə edilməsi,həmçinin kənd təsərrüfatı sahəsində perspektiv əməkdaşlıq əlaqələri,humanitar sahədə irəliləyiş, nəqliyyat infrastrukturu və digər sahələr üzrə mövcud olan reallıqlar ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə geniş imkanlar, şəraitlər yaratmaqdadır. Türkdilli dövlətlər arasında sıx əməkdaşlıq bütün türk dünyası üçün olduqca vacibdir. Bu baxımdan Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı əldə olunan razılaşmalar, müzakirə olunan məsələlər bundan sonra da iki ortaq kökə malik ölkə arasındakı münasibətlərin inkişaf etdiriləcəyinə əminlik yaradır.

 

Zərdab şəhər 1 saylı məktəb liseyin müəllimi- Çinarə Fərəcova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın