Azərbaycan gəncliyinin rəğbət və dəstəyini qazanmış dövlət siyasəti
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ilk diqqət ayırdığı sahə Gənclər siyasəti olmuşdur. O dövrdə Azərbaycanda hökm sürən anarxiya gəncləri də hansı istiqamətdə hərəkət edəcəyini sual altında qoymuşdur. Uzaqgörən dahi siyasətçi gəncləri özündə birləşdirən dövlət qurumu Gənclər və İdman Nazirliyi yaratmaqla Azərbaycan gəncliyinə yeni nəfəs verdi. Bu gün Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Cənab Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Ölkəmizdə mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratmışdır. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycan gəncləridə ölkə başçısının daim onlara göstərdiyi qayğını öz üzərində hiss edir və ölkə başçısının ətrafında sıx birləşib.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov