22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan reallıqları Astanada daha kəskin səsləndi

Azərbaycan reallıqları Astanada daha kəskin səsləndi

Hamının yadındadır ki, Mərkəzi Qərargahı Minsk şəhərində yerləşən Müstəqil Dövlətlər Birliyi 1991-ci dekabrın 8-də yaradılmışdı. Bu qurum SSRİ-nin “mədəni dağılmasını”, onun mülklərinin keçmiş ittifaq ölkələri arasında sivil paylaşdırılmasını təmin etmək üçün ərsəyə gətirilib. Azərbaycan Parlamenti ölkəmizin həmin quruma qoşulması barədə qərarı yalnız 1993-cü ilin sentyabrında – ulu öndər Heydər Əliyevin ölkə prezidentinin səlahiyyətlərini icra etdiyi günlərdə ratifikasiya etmiş və MDB-nin tam hüquqlu üzvü olmuşduq. MDB tribunası bizə dövlət başçımızın Astanada Ermənistanın bütün vandallıqlarını, vəhşiliklərini, qayda, qanun, hüquq tanımayan əməllərini çoxsaylı liderlər yanında Nikol Paşinyanın üzünə söyləməsi üçün lazım idi. Həmin tribuna bizə ölkəmizin haqq işinə kölgə salmaq istəyən Emmanuel Makron kimi məkrli siyasətçilərin riyakar və xəyanətkar mövqelərini ifşa etmək üçün lazım idi. MDB həm də bizə ona görə lazım idi ki, orada bizim qardaşlarımız Türk dövlətləri də var və İkinci Qarabağ müharibəsi günlərində onların səmimi dəstəyini gördüyümüzü unuda bilmərik. Mükəmməl siyasi lider obrazı Azərbaycan Prezidentinin son zamanlar Brüssel, Praqa və başqa şəhərlərdə keçirilən tədbirlərdə nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq, hətta, adi rəftar və davranışı da bədxahlarımızı məyus edir. Minsk qrupunun 28 illik bədnam fəaliyyəti Dövlət başçımız Astanadakı çıxışında dedi ki, mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən, hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın